ArxivXəbər lentiXəbərlər

Bu gün imam Həsənin (ə) mövlud günüdür

İmam Həsən (ə) hicrətin 3-cü ilində Mübarək Ramazan ayının 15-də Mədinə şəhərində dünyaya göz açıb
Bu gün Peyğəmbərimizin (s) sevimli nəvəsi, İmam Əlinin (ə) və Həzrəti Fatimənin (s.ə) böyük oğlu, müsəlmanların 2-ci imamı Həsənin (ə) mübarək mövlud günüdür.

İmam Həsən (ə) hicrətin 3-cü ilində Mübarək Ramazan ayının 15-də Mədinə şəhərində dünyaya göz açıb. O Həzrətin (ə) Seyyid, Sibt, Əmin, Hüccət, Nəqi, Zəki, Zahid və Müctəba kimi ləqəbləri vardır ki, sonuncu daha məşhurdur. Atasının şəhadətindən sonra (hicrətin qırxıncı ilindən) on il müddətinə qədər müsəlmanlara imamlıq edib, hicrətin əllinci ilində Müaviyənin hiyləsi ilə zəhərlənib və şəhadətə qovuşub. İmam Həsənin (ə) müqəddəs məzarı Mədinə şəhərindəki Bəqi qəbiristanlığındadır.

Cenubnews.com İnternet Qəzetinin kollektivi və məhbus həyatı yaşayan təsisçi-baş redaktor Araz Quliyevin adından bu mübarək mövlud günü münasibəti ilə ilk öncə imam Zaman (ə.f) ağanı və bütün müsəlmanları təbrik edir, onlara imam Həsən (ə) müdrikliyi və səbri diləyirik!

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button