ArxivXəbər lentiXəbərlər

İranın Bakıdakı səfiri: Əsla nüvə silahları istehsalının ardınca olmamışıq

İranın Bakıdakı səfiri deyib: İran İslam Respublikası əsla nüvə silahları istehsalının ardınca olmayıb.

Möhsün Pak Ayin sonra deyib: Amerikanın 16 kəşfiyyat və təhlükəsizlik orqanından ibarət Amerika Milli Təhlükəsizlik Cəmiyyətinin 2007 və 2012-ci illərdəki dəyərləndirmə hesabatı da bu məsələni təsdiqləyibdir.

İranın Bakıdakı səfiri, Ayətullahuluzma Xameneinin nüvə silahından istifadənin haram olmasına dair qəti fitvasına işarə edərək, deyib: Bu fitvaya dəfələrlə amerikalı rəsmilər tərəfindən işarə edilib.

O, əlavə edib: İranı nüvə silahlarından uzaqlaşdıran məsələ, strateji və məntiqi hesablamalar, həmçinin dini və əxlaqi inanclar olubdur.

İranın Bakıdakı səfiri sionist rejimin 200 nüvə başlığı ilə regionda nüvə silahına malik yeganə tərəf olduğunu qeyd edərək, deyib ki, NPT-yə üzv olmayan bu rejim İranın altılıq ölkələri ilə nüvə razılaşmasının əsas müxalifidir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button