Aktual

Elmar Vəliyev Gəncədə kölələşdirmə siyasəti

Elmar Vəliyevin cinayətlərini sadalamaqla bitməz.

Elmar Vəliyev öz hakimiyyət kürsüsündə rahat-rahat xalqın canına, malına, heysiyyətinə hökm etməkdədir.

Dəfələrlə, Gəncə şəhər icra hakimiyyətinin başçısı, Elmar Vəliyevin qanunsuz, heç bir hüquq normalarına sığmayan, qəddar və alçaq hərəkətləri barədə saytımızda məlumatlar vermişik. Amma, bütün bu yazılara, gəncəlilərin haqlı şikayət və etirazlarına baxmayaraq, hələdə Elmar Vəliyev öz hakimiyyət kürsüsündə rahat-rahat xalqın canına, malına, heysiyyətinə hökm etməkdədir.

Elmar Vəliyev artıq üç ildən çox müddətdir ki, Gəncə və onun əhalisinə divan tutmaqda öz iyrənc metod və üsulları ilə davam etməkdədir. Bu gün Azərbaycan respublikasında vəziyyət o qədər acınacaqlı durumdadır ki, saya-hesaba gəlməz dərəcədədir. Ölkədə hökm sürən məmur özbaşınalığının və anarxiyanın mənbəyidə mövcud diktatura rejimidir.

Respublikanın rayon və şəhərlərində hökm sürən acınacaqlı vəziyyətin isə səbəbkarları isə sadə xalq yox! yüksək kürsüdən hökm verən üzdəniraq və kobud, dırnaqarası məmurlardır. Elmar Vəliyev təkcə, bu gün Gəncə şəhər sakinlərini deyil, əvvəllər hakimi olduğu Yevlax rayonunun da əhalisinin dərisinə saman təpən bir qəddar olmuşdur.

Bu gün də həmin zülmlə coşub-çağlayan missiyasını məzlum gəncəlilərin üzərində həyata keçirməkdədir. Dəfələrlə sakinlərin şikayətlərinə və etirazlara baxmayaraq bu hakim yenə də öz əməllərindən çəkinmək azmış kimi, daha da quduzlaşaraq, xalqın dərisinə saman təpməkdədir.

Gəncə Şəhər icra hakimiyətinin başçısı Elmar Vəliyevin cinayətlərini sadalamaqla bitməz. Gəncə şəhərinin mərkəzi camesi olan “Şah Abbas” məscidində dindarların haqlı mitinqlərinin polislərin rezin dəyənəkləri vasitəsilə dağıdılması, əhalinin halal mülklərinin müsadirə edilməsi, bir hissəsinin heç bir şeyə maneə törətməməsinə rəğmən uçurdularaq yerlə-yeksan edilməsi, dindarların saxta ittihamlarla narkotik və silahla şərlənərək, nahaqdan zindanlara məhkum edilməsi, insanların qorxudularaq, kölə-müti vəziyyətinə gətirilərək tibb müəssisələrində xidmət göstərən həkimlərdən, təhsil sahəsində çalışan müəllimlərdən, həmçinin də Gəncə şəhərinin digər inzibati idarələrində işləyənlərdən, hər ay şəhərin abadlığı və bərpası üçün zorla yığılan rüşvətlər yuxarıda qeyd etdiyimiz zülmün, özbaşınalığın çox az hissəsidir.

Əgər bütün neqativ halları sadalasaq bu kiçik məqaləmizə sığışdıra bilmərik. Azərbaycan respublikasının prezidenti İlham Əliyevin dəfələrlə, “Bəlkə bir az yavaşlayaq” çağırışına belə məhəl qoymayan, Elmar Vəliyev hər keçən gün öz qəddarlığını bir az daha da artırır. Bu cinayətləri ilə kifayətlənməyən icra başçısı iməclik adı altında bütün idarə və müəssisə işçilərini zorla, hədə qorxu vasitəsi ilə küçə və xiyabanlara çıxartdıraraq, fəhlə və bu işlər üçün dövlət tərəfindən ayrılan xidmətçilərin işlərini gördürürlər.

Gəncə şəhər İsmət Qayıbov adına 1 saylı tam orta məktəbin və “Gəncə şəhər Telekommunikasiya” idarəsinin işçilərinin söylədiklərinə görə əvvəllər, həftədə bir dəfə bazar günü iməclik adı ilə işləməyə aparırdılarsa, indi isə hər gün saatlarla bizləri şəhərdəki söküntü işlərində fəhləlik etməyə məcbur edirlər. Sabiq icra hakimiyyəti başçısı Eldar Əzizovun zamanında idarə və müəssisələr ancaq onlar üçün təyin olunmuş sahədə yaşıllaşdırma və ağac əkmək üçün vəzifələndirilmişdilərsə, bu gün aidiyyətimiz olmayan sahələrdə də bizləri hədə-qorxu ilə çalışdırırlar.

Fəhlələrin görəcəkləri işləri asfalt süpürmək, beton dağıtmaq, kubik və taxta daşımaq, teretuarlar və səkiləri rəngləmək və. s işləri də bizlərin öhdəsinə veriblər. Etiraz etdikdə isə bir kəlmə ilə haqlı narazılığımızı ürəyimizdə qoyurlar, (bəyənmirsən, xoş gəldin! ərizəni yazıb işini tərk edə bilərsən.)Gəncə şəhər Telekommunikasiya idarəsinin rəisi Əli müəllim dəfələrlə Elmar Vəliyevə öz şəxsi vəsaiti ilə fəhlə icarə edərək, bu işləri gördürəcəyini ancaq, onun tabeçiliyində olan işçilərin burda çalışmaması şərtiylə təklif etməsinə baxmayaraq, icra hakimi bu humanist təklifi də rədd etmişdir ki, əsla ol bilməz! özləri etməlidirlər.

Qəribə olan budur ki, niyə Elmar Vəliyevin özü də heç olmasa bir dəfə əlinə süpürgə və lapatqa alaraq bu işləri könüllü sürətdə yerinə yetirmir? Bəlk bu işi özünə sığışdırmır? əgər bunda eyibli bir şey varsa, bəs başqalarını niyə buna vadar edir? Əlbəttə, bu siyasətində pərdə arxasında xain məqsədlər dayanır. Xalqı milləti kölələşdirərək mədəni şəkildə qədim dövrlərin qullarına çevirmək. Allah bu xalqı zalım və xəbis rəhbərlərin şərrindən amanda saxlasın!

islamtimes.org/az/

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button