ArxivXəbər lentiXəbərlər

“Eldar Mahmudov dəstəsinin oğurladıqları müsadirə olunsun”

AXCP sədri Əli Kərimli keçmiş MTN şefi Eldar Mahmudov və dəstəsinin talan etdiyi deyilən pulların müsadirə olunmasına çağırıb. Bu barədə o, feysbuk səhifəsində yazıb:

Hökumət mətbuatı bir neçə aydır ki, Eldar Mahmudovun dəstəsinin ölkənin milyard manatdan artıq dəyəri olan sərvətlərini talan etməsindən yazır. Tutmurlar, başa düşdük, ölkədə onsuz da məhkəmə, qanun işləmir ki. Tutmaq səlahiyyəti olan bir nəfər hansısa səbəbdən bu milyardları talamış dəstənin rəhbərini tutmaq istəmir. Bəs o haqqında danışdıqları milyard manatlıq oğurluq və mənimsəmənin taleyi necə oldu? Oğurluq yolla əldə olunmuş həmin sərvət niyə müsadirə olunmur? Təsəvvür edirsiniz, həmin pullara orduya nə qədər DRON (pilotsuz təyyarə) və digər müasir silahlar almaq olar? Şəhid ailələrini, qaziləri, əsgər və zabitləri necə dövlət qayğısı ilə əhatə etmək olar? Heç olmasa, o milyardı qaytarın xalqa!

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button