ArxivQadin və hicabXəbər lentiXəbərlər

Hicabına görə AZTV-nin efirinə buraxılmadı

Bu haqda facebook sosial şəbəkəsinin Murad Malik adlı istifadəçisi məlumat verib

Qafqaz.ir “İslaminSesi”nə istinadən xəbər verir ki, facebook sosial şəbəkəsinin Murad Malik adlı istifadəçisi kifayət qədər böyük istedada və savada malik olan bacısının hicablı olduğuna görə AZTV efirində gənclərlə bağlı yayımlanan “MAG” (Müasir Azərbaycan Gənci) adlı verilişdə iştirakına imkan verilmədiyinə dair özünün şəxsi profilində status paylaşıb.  İslaminSesi sözügedən statusu olduğu kimi sizlərə təqdim edir.   

“Əziz dostlarım. Bu günə qədər mənim üçün facebookda paylaşdığım ən önəmli postdur!!!

Dostluğumda olan jurnalistlər və ictimai tanınmış şəxslərin bu məsələnin ictimailəşdirilməsində və layiqli cavabın alınmasında dəstək olmasını xahiş edirəm.

Məni yaxşı tanıyan dostlar tanışlar yaxşı bilir. Heç vaxt heç kimə dini baxışına ideya və fikirlərinə görə davranmamışam.

İstər müsəlman olsun, istər xristian, istər başqa din və ya ateist. “Hər kəsin öz fikri öz ideologiyası” düşüncəsi ilə davranmışam. Dostlarım arasında da müxtəlif dini baxışlı və düşüncəli insanlar var. Hər kəs fikirlərində tam azaddır, yetər ki onun fikir və hərəkətləri başqasını təhqir etməsin düşünmüşəm.

Ölkəmizdəki vəziyyət də guya bunu deyir, biz tolerant və multikultralist ölkəyik. Gəlim məsələyə.

Deməli, şəkildə gördüyünüz hicablı xanım doğma bacım Aidə, Azərbaycan Turizm institunun ilk məzunlarındandır. Böyük əmək haqqından və karyera yüksəlişindən imtina edərək ölkəmizdə heç də dəyər verilməyən amma özünün çox sevdiyi turizm sahəsinə üz tutdu. Bu günə qədər də mədəni və tarixi irsimizin xaricdə və xarici vətəndaşlar arasında tanıdılmasında bir çox ciddi işlər görmüş, bu sahədə bir neçə beynəlxalq tədbirlərin təşkilatçısı olmuşdur. (İtaliyada və Türkiyədə bir sıra beynəlxalq tədbirlərdə məruzəçi qismində iştirak edib). Hətta Gənclər fondu tərəfindən bir neçə dəfə mədəni tarixi irsin tanıdılması istiqamətində tədbirə dəstək də alıb.

Bir neçə gün öncə təşkilatlarına zəng vuraraq Aztv-də MAG verilişində gənclərin bu sahədəki təcrübələrindən danışılması üçün qonaq dəvət ediblər. Bu gün çəkilişdən öncə bildiriblər ki, “xanım yuxarıdan göstəriş var, hicablıları bizim kanaldakı verilişlərdə qonaq kimi iştirak edə bilmə»’. Bəli, hicablılara olmazmış dostlar. Multikultralizm ilində, rəsmi dininin İslam olduğu ölkədə, dövlət büdcəsindən xarici dini obyektlərə milyonlar xərcləndiyi zamanda hicablı gənc xanım efirdə göstərilməməli imiş.

Həmin göstərişi verən bütün “yuxarıdakı” şəxslərə ar olsun!!!

Mən bacımın imanlı və hicablı olması ilə fəxr edirəm. Ayrıseçkiliyi yaradan və dini baxışlarına görə davranan insanlara ar olsun. 

Məsələnin ictimaləşməsi üçün dəstəyinizə ehtiyacım var. Hər birinizə təşəkkür edirəm. 

– See more at: http://islamazeri.az/hicabina-gore-aztv-nin-efirine-buraxilmadi–34568.html#sthash.c0CXT9Ap.dpuf

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button