AktualAktual

Dünya Azərilərinin Hüquqlarını Müdafiə Cəmiyyəti bəyanat yaydı

Dünya Azərilərinin Hüquqlarını Müdafiə Cəmiyyəti bəyanat yayaraq Böyük Britaniyanın Bakıdakı səfirinin Qarabağla bağlı açıqlamasını məhkum etdi.

Belə təxribatçı çıxışlar mədəniyyət beşiyi olan Azərbaycanın parçalanması və vassal mikrodövlətlərin yaradılması istiqamətində atılan addımdır.

Rəhman və Rəhim Allahın adı ilə
Əldə olunan məlumata əsasən, Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Sıddık Xəzər Universitetində, Azərbaycanın daxili işlərinə müdaxilə sayılası məruzə ilə çıxış edib. Səfir beynəlxalq hüquqa tam zidd çıxışında dilə gətirib ki, Dağlıq Qarabağın gələcək statusunun müəyyənləşdirilməsində yeganə çıxış yolu referendumdur. Yersiz bir müqayisəyə əl atan səfir Qarabağı Böyük Britaniyadan ayrılmaq istəyən Şotlandiyaya bənzədib. Bu münasibət bilavasitə Azərbaycanın ərazi bütövlüyünü inkar etməkdir.
Kimsəyə gizli deyil ki, məhz Böyük Britaniyanın hiyləgər siyasətçilərinin planları əsasında qeyri-qanuni İsrail rejimi yaradılıb. Bu hadisə İslam ümmətinin vücudunda bu gün də qanlı yara olaraq qalır.
Böyük Britaniyanın fitnəkar xislətindən xəbərsizlik səbəb olub ki, İslam torpaqlarında onlarla ərazi iddiası ortaya çıxıb. Müharibə alovu qızışdırılıb, qoca imperiyanın mənafelərinə uyğun fitnələr baş verib. Bu cinayətkar siyasət əziz Azərbaycanın da taleyində özünü göstərəsidir.
Təəssüf doğuran, ikiqat ağrıya çevrilən hal Azərbaycan hakimiyyətinin susmasıdır. İnformasiya və mətbuat liderləri, iqtidar partiyası və ziyalınümalar, sinəsinə döyən millətçilər nəinki bu təxribatçı çıxışa etiraz bildirmir, hətta bu xəbis layihəni dəstəkləyirlər.
Biz əziz Azərbaycan və bütün dünyaya elan edirik ki, Dağlıq Qarabağ münaqişəsinin yeganə həll yolu erməni işğalına son qoyulması, xarici güclər tərəfindən dəstəklənən təcavüzkarların müqəddəs Azərbaycan torpaqlarından çıxarılması, qaçqınların doğma yurdlarına qayıtmasıdır. Bu konflikt diplomatik yolla həllini tapası deyil. Görün Ərəb-İsrail münaqişəsi neçə onildir uzanır və heç bir nəticə əldə olunmayıb. Belə görünür ki, Qarabağ münaqişəsinin həlli yolunda iki onil davam edən müzakirələr də səmərə verməyib. Çıxış yolu vətən oğullarının qəhrəmanlığına, milli və dini qeyrətinə güvənmək, müqəddəs cihaddır.
Böyük Britaniyanın fitnəkar mahiyyətini açan ötən tarix açıq göstərir ki, imperiya siyasətçiləri öz iblisanə uzaqgörənlikləri ilə ərazi iddialarını qızışdırmaq siyasətini davam etdirir. Onların bugünkü təkliflərində də xoş niyyət yoxdur. Müasir dünyanın prioritet vəzifəsi Fələstinin qədim yarasına məlhəm qoymaqdır.
Düşüncəli Azərbaycan xalqı bilməlidir ki, belə təxribatçı çıxışlar mədəniyyət beşiyi olan Azərbaycanın parçalanması və vassal mikrodövlətlərin yaradılması istiqamətində atılan addımdır.
Bu fitnəkarlıq qarşısında ümumi sükut, anti-milli bir təxribata münasibətdə söz sahiblərinin etiraz bildirməməsi, müstəqil olmayan Azərbaycan rəhbərlərinin seyrçi mövqe tutması, belə layihələrin reallaşması yolunda həmkarlıqlar vətənə, bugünkü və gələcək nəslə xəyanətdir.

Dünya Azərilərinin Hüquqlarını Müdafiə Cəmiyyəti

yazidan istifadə zamanı qafqaz.ir-in saytına istinad vacibdir …!

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button