ArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Dindar Yasin Əhmədov saxlanılıb

qafqaz.ir/az-nun verdiyi xəbərə görə, inanclı fəal Yasin Əhmədov martın 30-da saxlanılıb. O, CM-nin 234.4.3 maddəsi (234.4.3. külli miqdarda törədildikdə — əmlakı müsadirə olunmaqla beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) ilə ittiham edilib və haqqında 4 aylıq istintaq müddəti təyin edilib.

Qeyd edək ki, Yasin Əhmədov 2022-ci il 18 iyun tarixində oğurlanmışdı. 3 gün sonra onun “bandotdel” (DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (BMCMİ)) tərəfindən aparıldığı bəlli olmuşdu. Yasin Əhmədovla yanaşı Nicat Əliyev və Vüqar Əliyev də aparılmışdı.

Həmin tarixdə “bandotdeldə” Allahın söyülməsinə etiraz edən MBH-nın sədri Tale Bağırzadə aclıq aksiyası keçirirdi. Sumqayıtda divarlara “Allahı söyənlər cəzalandırılsın!” şüarı yazılmışdı. Adıçəkilən 3 nəfəri divarı yazamaqda şübhəli bilinən şəxs qismində saxlamışdılar.

Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə Yasin Əhmədov 10 sutka inzibati həbsə məhkum edilmişdi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button