ArxivXəbər lentiXəbərlər

Daha 2 rayonda aksiya təyin olundu

Neftçala əhalisi bahalaşmaya etiraz edəcək, Zaqatalada isə proses ayın sonuna saxlanılıb

Son günlər bir sıra rayonlarda bahalaşma əleyhinə etiraz aksiyaları keçirilir. Ağsu, Ağcabədi, Füzuli, Siyəzən və Qubada təşkil olunmuş etirazlara Beyləqan da dünən qoşulub. Proseslərin getdikcə genişlənmə ehtimalı isə daha da çoxalır.

Artıq bir sıra rayonlardan da bahalaşma ilə bağlı etirazların başlayacağı xəbərləri gəlməkdədir. Belə ki, Zaqatalada yanvarın 30-u mitinq təyin edilib. Mədəniyyət və Turizm Şöbəsinin binası önündə keçirilməsi nəzərdə tutulan aksiyaya insanların qatılıb, qatılmayacağı məlum deyil. Amma Zaqatala İcra Hakimiyyəti baş verənlərdən narahat olduğunu da gizlətməyib və bununla bağlı açıqlama da yayıb.

Növbəti aksiya xəbəri isə Neftçaladan gəlib ki, bu rayonda etirazlarla bağlı konkret gün təyin edilib. Uluyol.info-nun yaydığı məlumata görə, blogger Elvin Nərimanoğlu bildirib ki, 18 yanvar saat 11:00-da Neftçala İcra Hakimiyyətinin binası önündə aksiya olacaq./jam/

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button