ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Yeni Azərbaycan Partiyasının təşkilatçılığı keçirilən “Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə” adlı elmi-praktiki konfransda deyib ki, bu yollar qarşıdakı 20 ildə istifadəyə veriləcək və onlar nəinki indi, hətta 2041-ci ildə cəmi 61% yüklənəcək.

Onun sözlərinə görə, hazırda sözügedən istiqamətdə xüsusi konsepsiya hazırlanır. 101 km uzunluqda Zəfər Yolu artıq istifadəyə verilib və ümumi uzunluğu 1 441,7 kilometr təşkil edən digər 15 yol layihəsi də ardıcıl olaraq tamamlanacaq.

Qeyd edək ki, İran İslam Respublikasının Azərbaycan Respublikası ilə həmsərhəd vilayətlərinin bir qrup iqtisadi fəalı İran şirkətlərinin işğaldan azad edilmiş ərazilərin bərpası üçün qonşu ölkəyə lazım olan texniki və mühəndislik xidmətləri və malları ixrac etməyə hazır olduqlarını bəyan ediblər.

Azərbaycan prezidenti İlham Əliyevin sözlərinə görə, işğaldan azad edilmiş bir çox rayonlar, o cümlədən Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı şəhərləri tamamilə dağıdılıb; Ona görə də Azərbaycan şirkətləri ilə yanaşı, iqtisadi fəallar və dost ölkələrin şirkətləri də bu ərazilərin geniş şəkildə yenidən qurulmasında əməkdaşlığa dəvət edilir.

Azərbaycan Respublikasının xarici işlər naziri İrana son səfəri zamanı da bildirib ki, Azərbaycanın İranla sərhədləri dostluq və inkişaf sərhədidir və bu sərhədlərin dirçəldilməsi iki ölkə üçün yeni əməkdaşlıq layihələrinə zəmin yarada bilər.

Bu çağırışla İran şirkətlərinə, xüsusən də Azərbaycan Respublikasına bitişik vilayətlərdə dil və mədəni ortaqlıqlardan bəhrələnərək, bacarıqlı və ixtisaslaşmış kadrlar, eləcə də texniki və mühəndislik biliklər və uğurlu təcrübələrdən istifadə etmək hər iki ölkənin xeyirinə olardı. Zira İran şirkətləri zəlzələdən zərər çəkmiş ərazilərin yenidən qurulmasında, tikinti və yol salma sahəsində, telekommunikasiya xətlərinin yaradılmasında, elektrik xəttlərinin çəkilməsində, o cümlədən kənd təsərrüfatı sənayesi ilə bağlı zavodların tikintisi və inkişafı sahələrində zəngin təcrübəyə malikdirlər.

Yeri gəlmişkən bildirək ki, İran şirkətlərinin texniki və mühəndislik xidmətləri indiyədək 40-a yaxın ölkəyə, xüsusən də qonşu ölkələrə ixrac edilib və İran podratçıları son iyirmi ildə Orta Asiyada su bəndlərinin inşası, elektrik stansiyası, o cümlədən elektrik şəbəkələrinin yaradılması sahəsində böyük xidmətlər göstəriblər.

Son statistikaya görə, İran hər il 1 milyard dollar dəyərində texniki və mühəndislik xidmətləri ixrac edir ki, bunun da energetika nazirinin sözlərinə görə, 57%-i su və elektrik enerjisi sənayesinə aiddir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button