ArxivQarabağSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Türkiyə Ermənistan üçün “Avropaya pəncərə” olacaqmı?

Stanislav Tarasov bu barədə yazır: Yaxın zamanlarda Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələləri üzrə xüsusi nümayəndələrinin görüşü baş tuta bilər. Doğrudur, o, görüşün keçiriləcəyi yeri və onun detallarını açıqlamayıb, lakin bu ona dəlalət edir ki, Ankara və İrəvan arasında artıq qapalı məsləhətləşmələr aparılır ki, bu da danışıqlar prosesinə start vermək deməkdir.

Politoloq qeyd edir ki, son onilliklər ərzində İrəvanla Ankara arasında münasibətlərin nizamlanması istiqamətində bir neçə belə cəhdlər olub, lakin Türkiyə tərəfi erməni tərəfinə “Azərbaycanla sülhə doğru əməli addımlar atmağı”, o cümlədən nəqliyyat-iqtisadi əlaqələrin bərpasına hazır olmağı” şərt kimi irəli sürüb.

Ankaranın ilkin şərtlər irəli sürməsi isə İrəvanın heç vaxt xoşuna gəlməyib. Bununla əlaqədar olaraq bəzi ekspertlər iddia edirdilər ki, əvvəlcə Ermənistanla Azərbaycan arasında münasibətləri nizama salmaq məntiqi düzgün olardı.

Başqa variat da vardı: Türkiyə ilə Ermənistan arasında normallaşdırmanı Ermənistanla Azərbaycan arasında nizamlanma ilə paralel olaraq başlamaq.

Bunun da başlıca mənası bundan ibarətdir ki, postmünaqişə dövründə Azərbaycanla Ermənistan arasında problemlər həll edilmədən Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasından söhbət belə gedə bilməz. Elə bu günlər Türkiyənin nüfuzlu “Cumhuriyet” nəşri “Ermənistanla yaxınlaşmaq üzrə zəruri addımların atılmasına Azərbaycanın ikinci Qarabağ savaşında əldə etdiyi nailiyyətlər son sülh razılaşmasında təsbit olunmayanadək tələsməmək” barəsində xəbərdarlıqla çıxış edib.

Bu zaman Türkiyə inandırmağa çalışır ki, öz hərəkətlərini Azərbaycanla razılaşdıracaq, hərçənd söhbət artıq Türkiyənin Bakıya birbaşa aidiyyəti olmayan xarici siyasət istiqamətlərindən gedir.

Və bir də Vaşinqton artıq dövlət katibi Entoni Blinkenin dili ilə öz mənnunluğunu ifadə edib və elan edib ki, həm Ermənistanla Azərbaycan, həm də Ermənistanla Türkiyə arasında münasibətlərdə irəliləyişə yardım edəcək. Digər mərkəzlərdə də -Parisdə və Moskvada da məmnundurlar.

Türkiyə Ermənistan üçün “Avropaya pəncərə” ola biləcəkmi? Tezliklə bu sualların cavabı bəlli olacaqdır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button