ArxivXəbər lentiXəbərlər

Azərbaycanın vergilər naziri Bakıda sionist rejimin bir rəsmisi ilə görüşüb

Azərbaycan Respublikasının vergilər naziri və sionist rejimin Xarici İşlər Nazirliyinin MDB və Asiya ölkələri üzrə iqtisadiyyat departamentinin direktoru Bakıda görüşərək müzakirə aparıblar.

İRİB-in Bakıdakı nümayəndəliyinin APA-ya istinadla verdiyi məlumata görə, bu görüşdə Mikayıl Cabbarov və Mixail Lotem ikitərəfli faydalı və çoxşaxəli münasibətlərə toxunaraq bu münasibətlərin strateji əhəmiyyət daşıdığını bildiriblər.

Bu iclasda həmçinin bildirilib ki, iki tərəf arasında müxtəlif səviyyələrdə təşkil olunan iclaslar iqtisadi əməkdaşlıqlar, iqtisadi, rabitə, təlim, təhsil, elm və texnologiya münasibətlərin inkişaf etməsinə kömək edib.

Bu görüşdə həmçinin tərəflər rabitə, informasiya texnologiyaları, kənd təsərrüfatı, tibbi texnologiya, yeniliklərin tanıtdırılması sahəsində birgə komissiyanın iclası çərçivəsində tələbə mübadiləsi sahəsində əməkdaşlıqları müzakirə ediblər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button