ArxivNardaranXəbər lentiXəbərlər

“Nardaran məhbusu” cərimə kamerasına salınıb

“Nardaran məhbusu” Cahad Babakişizadə cərimə kamerasına salınıb.

Bu barədə Rakurs TV-ə onun ailə üzvləri məlumat verib. Məlumata görə, Cahad Babakişizadə saxlanıldığı 12 saylı Cəza Çəkmə Müəssisəsində məhbuslara olan təzyiqlərə etiraz etdiyinə görə işgəncələrə məruz qalıb. “Nardaran məhbusu”na bundan sonra 12 sutka “kars” cəzası verilib. Ailəsinin sözlərinə görə, Cahad Babakişizadə artıq 3 gündür ki, verilən qərara etiraz olaraq, aclıq aksiyası keçirir.

12 Saylı Cəza Çəkmə Müəssisəsi ilə əlaqə saxlamaq cəhdlərimiz boşa çıxdı.

Cahad Babakişizadə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun məhkəmə prosesi aralarında Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə və AXCP sədrinin müavini Fuad Qəhrəmanlının da olduğu “Nardaran işi 1” üzrə keçirilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button