ArxivXəbər lentiXəbərlər

Bakıda İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzi yaradılır

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri ilə görüşdə Bakı şəhərində İslam Əməkdaşlıq Təşkilatının Əməkr Mərkəzinin yaradılmasına toxunaraq deyib: Bu mərkəz İran və Azərbaycan Respublikasının əməkdaşlıqlarının inkişaf etdirilməsində önəmli rolu oynayacaq.

İRİB-in Bakıdakı nümayəndəliyinin məlumatına görə, Sahil Babayev bu görüşdə həmçinin aztəminatlı ailələrin özünüməşğulluq və kiçik sahibkarlıq imkanlarına yiyələnmələrinə şərait yaradılması, inklüziv əmək bazarının inkişaf etdirilməsi, əmək və sosial müdafiə sisteminin müasir və səmərəli iş mexanizmləri üzərində qurulması və şəffaflaşdırılması istiqamətlərində Azərbaycanda aparılan işlər  barədə məlumat verərək İran və Azərbaycanın münasibətlərinin yüksək səviyyədə olduğunu bildirib və deyib: 2016-cı ildə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İran İslam Respublikasının Kooperasiya, Əmək və Sosial Rifah Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunu imzalanıb. İki ölkənin əmək, məşğulluq, sosial müdafiə sahəsində əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi üçün yaxşı imkanlar vardır, müvafiq fəaliyyət sahələrində məlumat və təcrübə mübadilələrinin aparılması əhəmiyyətlidir.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Cavad Cahangirzadə də bu görüşdə iki ölkənin əmədaşlıq münasibətlərinin inkişafda olduğunu bildirərək deyib: İran əmək və sosial təminat sahəsində iki ölkə münasibətlərinin inkişafına xüsusi önəm verir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button