ArxivFilm​IslammədəniyyatŞəxsiyyətlərSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Bütün Fələstin müqavimət səhnəsinə çevrilib

İslam İnqilabının Böyük Rəhbəri deyiblər ki, bütün Fələstin müqavimət səhnəsinə çevrilib və sionist düşmənlə bütün saziş planları ləğv edilib.

Həzrət Ayətullahuluzma Xamenei bu gün Ümumdünya Qüds Günü münasibətilə etdikləri televiziya çıxışında işğalçı rejimin və onun əsas himayədarı olan Amerikanın zəifləmələri qarşılığında, müqavimət meydanının bütün Fələstinə genişlənməsi daxil olmaqla Fələstin xalqının xeyrinə fərqli bir gələcəyin qarşıdan gəlməsinə dair olduqca ümidverici nişanələr sadalamaqla son illər Fələstində baş verən hadisələri sionist rejimlə bütün saziş planlarının ləğv olunması mənasında dəyərləndiriblər.

O həzrət Qərbi Asiya bölgəsində müqavimət fenomeninin taysız bərəkətlərini xatırlatmaqla vurğulayıblar: Yalnız müqavimət qüvvəsilə, başda Fələstin məsələsi olmaqla İslam Dünyasının problemlərini həll etmək olar.

«Nə qədər ki, qəsbkar və cinayətkar sionist rejim Qüdsə hakim kəsilib, ilin bütün günlərini Qüds günü hesab etmək lazımdır» reallığına təkid edən Həzrət Ayətullahuluzma Xamenei deyiblər: Qüdsi-Şərif Fələstinin ürəyidir və qəsb olunmuş ölkə başdan-başa Qüdsün davamıdır.

O həzrət Fələstin xalqının nadir şücaəti və müqavimətini alqışlamaqla Fələstin üçün müdafiə qalxanının yaranmasına səbəb olan fələstinli gənclərin fədakarcasına əməliyyatlarının fərqli bir gələcəyin müjdəsini verdiyini bildiriblər.

İslam İnqilabının Böyük Rəhbəri Fələstinin bu günü və sabahında yeni parametrin yaranmasının nişanələrinin bəyanında belə qeyd ediblər: Bu gün Fələstində və bütün Qərbi Asiya bölgəsində «məğlubedilməz iradə»/ dırnaqarası «məğlubedilməz sionist ordusu»nun yerini tutub və cinayətkar ordu öz hücum düzümünü müdafiə düzümünə çevirməyə məcbur olub.

Həzrət Ayətullahuluzma Xamenei sonra sionistləri dəli etmiş Cenin düşərgəsinin fəaliyyəti kimi, müqavimətin bütün Fələstinə yayılmasından zəngin nümunələrə işarə ilə vurğulayıblar: Bütün Fələstin müqavimət səhnəsinə çevrilib və Fələstin xalqı cihadın davam etdirilməsi barədə fikir birliyinə nail olubdur. Bu mühüm fenomenlər fələstinlilərin qəsbkar rejimlə mübarizəyə tam şəkildə hazır olmaları mənasına gəlir.

O həzrət bu/ və son illər Fələstində baş verən digər hadisələrin mühüm mesajını,/ sionist düşmənlə bütün saziş planlarının ləğv olunması adlandırıb və belə söyləyiblər: Fələstin barədə heç bir layihə onun sahibləri, yəni fələstinlilər olmadan və ya onların fikirlərinin əksinə olaraq, icraolunası deyil və bu, o deməkdir ki, Oslo, ikihökumətli ərəb planı, əsrin sövdələşməsi və ya son/ alçaqcasına münasibətlərin normallaşdırılması kimi bundan qabaqkı bütün sazişlər ləğv olubdur.

Sionist rejimin haldan düşməsinə rəğmən, bu rejimin müxtəlif cinayətlərinin davam etməsinə işarə edən Həzrət Ayətullahuluzma Xamenei əlavə ediblər: Ukrayna məsələsində hay-küy qoparan Avropa və Amerikada insan hüquqları iddiasında olan yalançılar Fələstindəki bir belə cinayət qarşısında sükuta dalıblar. Onlar məzlumu müdafiə etmir, əksinə qaniçən cavanavara kömək edirlər.

O həzrət irqçi Qərb güclərinin bu hiyləgərcəsinə rəftarlarından böyük dərsi,/ onlara hər hansı arxalanmaqdan çəkinmə adlandırıblar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button