Aktual

Bu il Azərbaycandan Həcc ziyarətinə gedəcək zəvvar qruplarının sayı azalıb

Bu il Azərbaycanda Həcc ziyarətinə gedəcək zəvvarların qrup bölgüsü başa çatıb.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumata görə, bu il Azərbaycanda Həcc ziyarətinə gedəcək zəvvarlar əvvəldən planlaşdırıldığı kimi 90 yox, 80 qrup tərkibində gedəcək.

Buna səbəb bu il Yaxın Şərqdə baş verən hadisələr ilə əlaqədar olaraq təyyarə reyslərinin sayının mümkün qədər azaldılmasıdır. Hər qrupda 45 – 55 nəfər zəvvar olacaq. Zəvvarların səfəri oktyabrın 2-dən 8-ə qədər həyata keçiriləcək. Oktyabrın 2-3-də gündə bir reys, qalan günlər isə hər gün 3 reys təşkil olunacaq. Tərkibi geniş olacaq zəvvar qruplarda 3250 manat ödəmiş şəxslər təmsil olunacaq, 4100 manatlıq turlarda isə qrupların tərkibi az olacaq.

Xatırladaq ki, bu il Azərbaycandan 3600 zəvvarın Həccə getməsi nəzərdə tutulub. Azərbaycanda Həcc ziyarəti ilə bağlı sənədlərin qəbulu fevralın 1-dən başlayıb və mayın 30-da başa çatıb. Sənədlər ziyarəti təşkil edən yeganə qurum olan QMİ – də qəbul olunub. Ziyarət bu il iki variantda təşkil olunur. Nisbətən şəraiti zəif və gündə iki dəfə yemək verilən hotellərdə qalan zəvvarlar üçün ümumi ziyarət xərci 3250 manat, daha yaxşı şəraitli və yeməkləri daha çeşidli olan otellərdə qalmaq istəyən zəvvarlar üçün ümumi xərc 4100 manatdır. Həcc ziyarətinə səfərlər yalnız təyyarə ilə baş tutacaq. Suriyada baş verən hadisələrlə əlaqədar bu il zəvvarlar avtobuslarla səfər edə bilməyəcəklər. Zəvvarların Həcc ziyarətinə aparılmasını Fransanın “France Air” aviaşirkəti təşkil edəcək.

Azərbaycanda Həcc ziyarətini yalnız QMİ təşkil edir.

http://az.apa.az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button