ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Bu gün Məhərrəm ayının doqquzu Tasua günüdür

İslam dünyası hüznlü Tasua gününü qeyd edir.

Qafqaz.ir xəbər verir ki, bu gün hicri-qəməri təqvimi ilə Məhərrəm ayının 9-u Tasua günüdür. Tasua ərəb dilində doqquzuncu deməkdir. Məhz bu gündə Kərbəlada İmam Hüseyn, ailəsi və ardıcılları Bəni-Üməyyə hakimiyyətinin, Yezid ibni Müaviyənin İraq üzrə valisi Ubeydullah ibni Ziyadın və onun ordu başçısı Ömər Sədin əmri ilə mühasirəyə alındı.

İmam Hüseynin, ailəsi və ardıcıllarının qətliam edilməsi prosesi Tasua gününün axşamından başladı. İlk növbədə Bəni-Üməyyə ordusu müxtəlif vasitəçiliklərdən sonra hücumu dayandırsa da Tasua günündən Aşuraya keçən gecə İmam Hüseynin və ailəsinin olduğu xeymələrə hücum çəkdilər.

Məhərrəmlik əzadarlığının ənənələrinə görə bu gün Əhli-beyt tərəfdarları İmam Hüseynin vəfa, fədakarlıq, qeyrət və şücaət rəmzi olan qardaşı Həzrət Əbul-Fəzl Abbası anırlar.

Dünyanın bir çox ölkələrində olduğu kimi Azərbaycanda da imamsevərlər Tasua gününü xüsusi şəkildə qeyd edirlər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button