ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

AIP Qədir-Xum bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

AİP İslam dininin tarixində ən möhtəşəm və unudulmaz gün sayılan Qədir-Xum bayramı münasibətilə Azərbaycan xalqını, dünyanın bütün Əhli-beyt(ə) sevərlərini təbrik etdi. Qurumun portalımıza daxil olan təbrik müraciətində deyilir:

“ İslam dünyasının Əhli-beyt(ə) aşiqləri, əziz qardaş və bacılarımız, Sizləri İslam dininin tarixində unudulmaz və ən möhtəşəm gün sayılan, hər il milyonların intizarla gözlədiyi Qədir-Xum bayramı münasibətilə başda İmam Zaman (ə.f) olmaqla səmimi qəlbdən təbrik edirirk. Dünyanın hər yerində Allahın əmri və əziz Peyğəmbərimizə nazil etdiyi vəhyilə sönməz Vilayət və İmamət günəşinin doğum günü kimi qeyd olinan Qədir-Xum bayramı bütün müsəlmanlar üçün olduqca dəyərlidir. Bu gün müqəddəs İslam dininin bütövlüyünü, tamlığını və qiyamətə qədər bəşəriyyəti düzgün istiqamətə yönəltməyi şərtləndirən və fəlsəfi məzmununda İslam dininin özü qədər dəyərli əlamətlər daşıyan bir bayram, həqiqətən unudulmaz bir gündür. Məhz bu fəlsəfi əhəmiyyətinə görədir ki, dünyanın həqiqi müsəlmanları hər il Zilhiccə ayının 18-də dünyanın hər yerində bu günü əziz bayram kimi geniş qeyd edirlər.

Mahiyyət etibarı ilə Qədir-Xum günü Allahın əziz Peyğəmbərimizə(s.ə) nazil etdiyi vəhylə sübut olunur ki, bu gün dinin kamilləşdiyi, nemətlərin tamamlandığı, Həzrət Əli(ə)-ın Allahın vəlisi, Peyğəmbərin davamçısı-vəsisi və xilafətin rəhbəri olduğu gündür. Bu gün həm də kafir və münafiqlərin ümidlərini puç edən, müşrik dəstələrin mənəvi tənəzzülünü göstərən bir gündür. Onlar nə qədər kəc və zalım olsalar da bu günü inkar edənlər, fitnəkarlar Allahın göndərdiyi və qoruduğu neməti sonadək aradan apara bilməyəcəklər.

Haqqa söykənən və haqqa tapınan əziz müsəlman qardaş və bacılar, sizləri bir daha müqəddəs və unudulmaz Qədir-Xum bayramı münasibətilə təbrik edirik. Quranı, Əhli-beyti(ə) sizlər üçün ən dəyərli nemət qərar verən Allahdan hamınıza can sağlığı, bu nemətlərdən sizləri uzaq salmamağı diləyirik. Bayramınız mübarək olsun!”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button