ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Tale Bağırzadə: Qaziləri ölüm həddinə çatdıran davranışları qınayır və hakimiyyətdən buna son verməyi tələb edirik”

Müsəlman Birliyi Hərəkatının rəhbəri Tale Bağırzadə cəza çəkdiyi Qobustan həbsxanasından son dövrlər qazilərin intiharına səbəb olan etirazları ilə bağlı hadisələrə fikir bildirib. İlahiyyatçıya aid sosial media üzərindən yayılan bəyanatda deyilir:

“Son zamanlar qazilərin yaşadığı hadisələr həqiqətən də dəhşətdir. İnsan vicdan əzabı çəkərək bu gün intihar edən qazilərin sayını söyləməyə utanır. Hələ də həllini tapmayan qazi problemləri, intihar həddinə çatdırılma və laqeyd hakimiyyət!

Biz, Müsəlmn Birliyi Hərəkatı olaraq ikinci Qarabağ müharibəsinə üzvülərimizlə qoşulmuşuq. Həbsxnadan döyüşüb yenidən həbsxanaya dönmək üçün müraciət edənlərimiz, bütün gücü ilə əsgərlərimizə dəstək olmağa çalışanlarımız bu vətənə fədakarlıq üçün əlindən gələni etdi. Hərəkatın üç şəhidi də vətən uğrunda qurban gedən oğullarımızdır. Lakin müharibədən sonra hakimiyyət buna cavab olaraq Hərəkata qarşı ən alçaldıcı davranışları sərgiləməkdən çəkinmədi. Günahı məhkəməyə gəlib şərlənən qardaşına dəstək olan hərəkat üzvülərimiz zorlanmaya qədər ən amansız işgəncələr yaşadı. Şəhid vermiş bir təşkilatla belə davranış nümayiş etdirən hakimiyyətin qazilərlə davranışı başqa cür ola da bilməzdi. Şübhəsiz bu və sair iyrənc davranışlar heç bir halda qəbul edilə bilməz, xüsusi olaraq bu addım öz qiymətli canını ondan qiymətli saydığı vətəninin azdlığı uğrunda qurban verən qaziyə qarşı atılarsa.

Biz, hakimiyyətin qaziləri ölüm həddinə çatdıran davranışlarını kəskin qınayır və təcili olaraq buna son verməyi tələb edirik.

Sonunda əziz həmvətənlərimiz! Sizcə Allahı söyərək təhqir edənləri himayə edən rejmin dəyərli oğullarımıza münasibəti bundan başqa necə olmalı idi ki? Ədaləti bu millət özü öz cəsaəti və fədakarlığı ilə təmin etməlidir. Qazi və şəhid ailələrinin haqqı bu rejimdən alınmalıdır. Bunun üçün hamımız bir nəfər kimi birlik göstərməliyik.

Uca Rəbbimiz millətimizi Əliyev rejiminin şərrindən qorusun. Amin.”

Tale Bağırzadə.

Qobustan həbsxanasi.

17.07.2022.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button