ArxivIslamXəbər lentiXəbərlər

Bu gün Astara-Astara İranla dəmir yolu xəttinin rəsmi açılışı olacaq

Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində inşa edilən Astara (Azərbaycan)-Astara (İran) dəmir yolu xəttinin bu gün rəsmi açılışı olacağı gözlənilir.
 martın 3-də iki ölkənin dəmir yolları şəbəkəsini birləşdirən dəmiryolu xətti ilə Azərbaycandan İrana ilk sınaq qatarı gedib. Həmin tədbirdə hər iki şəhərin icra başçıları, sərhəd zastavalarının rəhbərləri də iştirak ediblər.
Xatıradaq ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi haqqında razılaşma Rusiya, İran və Hindistan arasında 2000-ci il sentyabrın 12-də Sankt-Peterburq şəhərində bağlanıb. Azərbaycan isə sazişə 2005-ci ildə qoşulub. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi Avropa ölkələri, Rusiya, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq. Şimal-Cənub dəhlizi ilə ilkin olaraq ildə 6 mln. ton yük daşınması planlaşdırılır. Sonrakı illərdə bu həcmin 15-20 mln. tona çatacağı proqnozlaşdırılır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button