ArxivIslamXəbər lentiXəbərlər

“Maarifçiliyə Dəvət” İB rəhbərliyinin regionlarda görüşləri davam edir

“Maarifçiliyə Dəvət” İB rəhbərliyi regional şöbələri ilə görüşlərini davam etdirməkdədir.

Məlumatda bildirilir ki, “Maarifçiliyə Dəvət” İctimai Birliyinin rəhbərliyi təşkilatın şöbə üzvələri və təəssübkeşləri ilə görüşlərini davam etdirir.

Növbəti belə görüş Xaçmaz rayonunda baş tutub.

Toplantını giriş sözü ilə açan “Maarifçiliyə Dəvət” İB-in sərdi Elçin Manafov təşkilatın məram və məqsədlərini açıqlayıb, ictimai fəaliyyəti barədə məlumat verib.

 

Hacı Elçin Manafov muasir dövrün tələblərinə uyğun olaraq ictimai münasibətlərdə maarifçiliyn əhəmiyyətindən söz açıb. O, bildirib ki, bu sahədə KİV daha geniş rol oynayır. Amma buna baxmayaraq yenə də insanların fərdi münasibətləri xüsusi əhəmiyyət kəsb edir.

Təşkilat sərdi həmçinin dövrümüzdəki ictimai proseslərə toxunub, cəmiyyətimizə və ümumilikdə dünyaya təsir edən mühüm hadisələri şərh edib.

Sonra Elçin Manafov ona ünvanlanan sualları cavablandırıb və maraqlı fikir mübadiləsi aparılıb.

Daha sonra çay süfrəsi arxasında səmimi söhbət davam edib, maraqlı fikir və təkliflər irəli sürülüb.

“Maarifçiliyə Dəvət” İB-in sərdi sözügedən təklifləri qeyd etdiyini və gələcəkdə dəyərləndirəcəklərini bildirib.

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button