ArxivIslamSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

BMT-də Ukraynayla bağlı qətnamə: Azərbaycan yenə səsvermədə iştirak etməyib

BMT Baş Assambleyası Ukrayna üçün ədalətli və davamlı sülh axtarışına çağıran qətnamə layihəsinə səs verib.
qətnamənin lehinə 141 ölkə, əleyhinə 7 ölkə səs verib, 32 ölkə bitərəf qalıb.
Qətnamənin əleyhinə Rusiyadan başqa Belarus, Eritreya, Mali və Suriya səs verib. Bitərəf qalanlar arasında Ermənistan, Qazaxıstan, Tacikistan, Çin, İran və Hindistan var. Azərbaycan bundan əvvəlki səsvermələrdə olduğu kimi iştirak etməyib.
Sənəddə “BMT Nizamnaməsinin prinsiplərinə əsaslanan hərtərəfli, ədalətli və davamlı sülhün” tapılmasının zəruriliyi vurğulanır, Rusiyaya Ukraynadan bütün qoşunlarını dərhal və qeyd-şərtsiz çıxarmağa çağırış edilir.
BMT Minskin danışıqlara çağıran və Kiyevə silah tədarükünü qadağan edən çağırışlarını da rədd edib.
Ukraynanın İnsan Haqları üzrə Müvəkkili Dmitri Lubinets sənədi şərh edərkən “teleqram”da yazıb ki, bu, ölkədə təhlükəsizliyin təmin edilməsi üçün mühüm addım və Ukraynanın ərazi bütövlüyünün dəstəklənməsi üçün vacib aktdır.
Rusiyanın BMT Baş Assambleyasında BMT Təhlükəsizlik Şurasından fərqli olaraq veto hüququ yoxdur. Eyni zamanda, qəbul edilmiş qətnamələr beynəlxalq hüquq çərçivəsində məcburi xarakter daşımır.
Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib ki, qətnamə Rusiya ilə Qərb arasında bir il əvvəl gərginləşən ziddiyyətlərin sülh yolu ilə həllinə keçidi asanlaşdırmayacaq. Nebenzyanın sözlərinə görə, qətnamə birtərəflidir və reallıqdan uzaqdır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button