ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

“Bizim Şəhidlərin hamısı İmam Hüseynin (ə.s.) əsgərləridir”

İkinci Qarabağ müharibəsinin Şəhidi Əmir İlham oğlu Kazımov 29 yanvar 1998-ci ildə Bakının Şağan qəsəbəsində dünyaya göz açıb.
O, Şağan qəsəbəsində yerləşən 124 nömrəli, sonra 230 nömrəli tam orta məktəbdə təhsil alıb.
Əmir Kazımov 2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olub. Ağdam rayonunda yerləşən “N” saylı hərbi hissədə xidmət edib. Hərbi xidmətini bitirdikdən sonra bərbər olaraq çalışıb.
O, 29 sentyabr 2020-ci ildə yenidən hərbi xidmətə çağrılıb.
Əmir Kazımov 10 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı Şəhid olub. 52 gün sonra nəşi tapılıb. Şəhidimiz 26 noyabr 2020-ci ildə doğulduğu Xəzər rayonunun Şağan qəsəbəsində dəfn olunub.
Subay idi.
Əmir Kazımov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button