Aktual

Bayılda sakinlərin qarajlarını sökürlər

Qaraj sahibləri buna etiraz edərək söküntüyə mane olublar. Bu haqda “Azadlıq” radiosuna Bayıl sakini Elməddin Muradlı məlumat verib:

«Gecəylə qarajları hasara alıblar, traktor salıblar ki, sökürük buranı. Camaatın maşınları da qarajdadır. Başlayıblar sökməyə. Nə icra hakimiyyəti var, nə MİS. Bir nəfər Dövlət Dəniz Administrasiyasının nümayəndəsidir. O da deyir ki, bura bizim əraziyə aiddir, administrasiya binasını böyüdürük, ona görə də qarajları sökürük. Camaat da çaş-baş qalıb. Bizə bir qərar göstərilmir».

Elməddin Muradlının dediyinə görə, bu qarajlar uzun illərdir əsasən İkinci Dünya Müharibəsi iştirakçılarına aiddir.

İstirahət günü olduğundan rəsmi qurumlardan baş verənlərə münasibət öyrənmək mümkün olmayıb

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button