Xəbərlər

İranın Az.R-da fars dili əsərlərini məhv etməyə etirazı

İran İslam Respublikası prezidentinin müavini və mədəni irs , əl-işləri və turizm təşkilatının sədri Məhəmmədəli Nəcəfi UNESCO-nun baş müdiri İrina Bokovaya məktub göndərərək , İlham Əliyevi hökumətinin fars dilli tarixi əsərləri məhv etməyə dair hərəkətinə etiraz edib. Məhəmmədəli Nəcəfinin məktubunda, Az.R hökumətinin Nizami Gəncəvinin məqbərəsində olan neçə yüz illik kaşıların sökülməsinə etiraz edilib.
Bu məktubda yazılıb : Az.R-nın fars dilinə qarşı siyasətləri neçə ildir ki, İran ədəbiyyatının tarixi və məşhur iranlı şəxsiyyətlərini hədəfə alıb və onun sonuncu nümunəsi olaraq böyük fars dilli şairi Nizami Gəncəvinin farsca şerlərinin ,bu şairin məqbərəsindən məhv edilməsidir. Mədəni irs təşkilatının sədri bu böyük fars dilli şairin kimliyini tam əks etdirən fars dilində şerlərin yazıldığı kaşıların onun məqbərəsindən məhv etməyi dərk ediləsi olmayan bir hərəkət kimi qiymətləndirib. Bu iş mədəniyyətsiz və mədəni ortaqlıqlara diqqətsiz olan bir işdir.
Məhəmmədəli Nəcəfi demişdir : Nizaminin məqbərəsində olan neçə yüz illik kaşıların məhv edilməsi heç bir vəchlə bu böyük şəxsiyyətin kimliyini məhv edə bilməz. Nəcəfi Az.R hökumətinin bu işinə etiraz edərək təkidlə bildirmişdir ki , rəsmi Tehran UNESCO təşkilatından təcili olaraq bu mədəniyyətsiz rəftarın dayandırılması və məqbərənin qabaqkı vəziyyətinə qaytarılmasını tələb etmişdir.
UNESCO BMT-nin elmi və mədəni təşkilatı kimi dünya ölkələrində əski və tarixi əsərlərin qorunması məsuliyyətini daşıyır. Buna görə də , İİR-nin prezident müavini və mədəni irs , əl-işləri və turizm təşkilatının rəhbəri UNESCO-nun baş müdirinə məktub göndərərək ondan tələb edib ki, İlham Əliyev hökumətinin Az.R-dakı mədəniyyətsiz işinə mane olsun. Demək lazımdır ki, İlham Əliyevin 2003-cü ildən etibarən hakimiyyətə gəlməsi ilə Az.R-nın müsəlman xalqının etiqadına zidd olaraq islamofobiya hərəkətləri həyata keçirildi. O , onlarla məscidi tətil edib sökülməsinə sərəncam verdi, halbuki sökülmüş məscidlərin bəzisi tarixi irs sayılır və onlarda olan əlvan kaşıların işlənməsi yüz illərlə keçmişə malik olmuşdur. İlham Əliyev, atası Heydər Əliyevin İranla dostluq və qardaşlıq münasibətlərinə önəm verdiyinin əksinə olaraq var-gücü ilə irqçi İsrail rejimi və digər güclərlə sövdələşib iqtidarı əldə saxlamaq istəyir. Son on illik də o , Arazın şimalında olan islami və İrani əsərləri məhv etməklə sionist müttəfiqlərinə güclü olduğunu nümayiş etdirmək istəyib. İlham Əliyev hökumətinin bu qeyri-düzgün rəftarı Az.R-nın müsəlman xalqının narazı olmasına səbəb olub.
Az.R-nın xalqı islam hökuməti və İran xalqına xüsusi maraq və səmimiyyət göstərir.
Bütün bunları nəzərə alaraq Az.R hakimiyyətinin səhv rəftarlara yol verməsi ilə bu ölkə xalqı vaxtaşırı küçələrə çıxıb hakimiyyətin dəyişilməsini tələb edir.

Tehran Radiosu

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button