Aktual

“Xalq” qəzetindən şok foto

Məqalədən bəlli olur ki, şəkil Sumqayıtda çəkilib.

Dünən sosail şəbəkələrdə şok fotoşəkil yayıldı. Şəkil Prezidentin İşlər İdarəsinin orqanı olan “Xalq” qəzetinin 10 oktyabr tarixli nömrəsindən “Ölkəmizin bütün bölgələrində seçicilər yüksək fəallıq nümayiş etdirmişlər” başlıqlı “Sumqayıtlılar elliklə sabitliyə, tərəqqiyə və daha xoş günlərə səs verdilər” yarımnaşlıqlı yazı ilə bağlıdır.

Yüksək təmtəraqla yazılmış məqalədə seçki qutusuna bir bülliteni atan, digərinin isə əlində hazır saxlayan ahıl kişi əks olunub. Məqalədə isə qeyd olunur: “Oktyabrın 9-da payız Günəşinin zərrin şəfəqləri altında əsl bayram ovqatı yaşayan sumqayıtlılar dəstə-dəstə seçki məntəqələrinə yollanaraq ölkəmiz üçün taleyüklü əhəmiyyəti olan prezident seçkilərinə qatılmışlar. Şəhərdə fəaliyyət göstərən 132 seçki məntəqəsinin hamısında səsvermə mütəşəkkil şəraitdə başlanmış və eləcə də davam etmişdir. Vətəndaşlıq borclarını yerinə yetirən xoş əhvallı insanlar təəssüratlarını bölüşərək bildirdilər ki, növbəti beş il üçün Azərbaycan Prezidentini seçməklə respublikamızın çiçəklənməsinə və tərəqqisinə səs verirlər…”

Məqalədən bəlli olur ki, şəkil Sumqayıtda çəkilib. Məsələyə “Xalq” qəzetinin mövqeyini öyrənmək üçün bütün telefonlarına dəfələrlə zəng etsək də dəstəyi qaldıran olmadı. Sözügedən foto artıq qəzetin internet səhifəsindən yığışdırılıb.
Habelə “Xalq” qəzetindən savash.org-abildirilib ki, seçicinin digər əlindəki bülleten deyil, bülletenə bənzəyən kağızlardır. Amma şəkilin saytdan yığışdırılması deyilənlərlə ziddiyət yaradır.

bizimyol

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button