ArxivXəbər lentiXəbərlər

Bakıda EKO-nun iclası başlanıb

İqtisadi Əməkdaşlıq Təşkilatı EKO-nun korrupsiya ilə mübarizə mərkəzinin 3-cü iclası bu gün üzv ölkələrin müvafiq qrumlarının rəhbərlərinin iştirakı ilə Azərbaycan Respublikası paytaxtı Bakıda öz işinə başlayıb.

EKO-nun sədr müavini seyid Cəlaləddin Ələvi iclasda etdiyi çıxışında EKO-nun gələn 25 il üçün önəmli məqsədlər qarşıya qoyduğunu bildirərək deyib: EKO üzv ölkələr arasında iqtisadi əməkdaşlıqların genişləndirilməsi naminə korrupsiya ilə mübarizəyə səy göstərir. Ələvi üzv ölkələrin bu xüsusdakı əzmkarlığını təqdirə layiq hesab edib.

EKO-nun korrupsiya ilə mübarizə mərkəzinin üçüncü iclasında Azərbaycan Respublikası prezidenti İlham Əliyevin müraciəti də oxunub.

İranın baş nəzarət təşkilatının sədri Nasir Sirac da iclasın kənarında verdiyi açıqlamada EKO-nun korrupsiya ilə mübarizə mərkəzinin, korrupsiyanerlərin ölkələrin əmlakını tarac etdikdən sonra qərb ölkələrinə sığınmalarına mane olmaq üçün lazımı koordinasiyaya malik olmasını vurğulayıb.

İran, Pakistan, Türkiyə, Azərbaycan Respublikası, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Tacikistan və Əfqanıstan EKO-nun üzvlərini təşkil edirlər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button