ArxivIslamXəbər lentiXəbərlər

Peyğəmbərimizin(s) mövludu günündə doğulmuş körpələrə 100 min verildi

Xəbər verildiyi kimi, İslam təqvimi ilə rəbiyəl-əvvəl ayının 12-17-i(bu il 20-25 noyabr) Peyğəmbərimiz Məhəmməd əleyhissəlamın mövludu(doğum günü) həftəsi kimi qeyd edilir. Buna səbəb odur ki, bəzi müsəlman ölkə alimləri həmin müqəddəs tarixin rəbiyəl-əvvəl ayının 12-də, digərləri isə 17-ə təsadüf etməsi qənaətindədir.
qafqaz.ir Moderator.az-a istinadla xəbər verir ki,  Çeçenistan hökuməti bu əlamətdar tarixlə bağlı ibrətamiz tədbirə əl atıb. Peyğəmbər Əfəndimizin (s.ə.v.) doğum günündə(Çeçenistanda noyabrın 20-də qeyd edilib) anadan olmuş çeçen ailələrindən hər birinə hökumət tərəfindən 100 min rubl hədiyyə təyin edilib.
Maraqlıdır ki, Məhəmməd Əleyhissəlamın doğum günündə Çeçen Respublikasında 40 oğlan doğulub. Onlardan 21-ə Məhəmməd, qalanlarına isə müsəlmanların hörmətlə yanaşdıqları digər peyğəmbər və övliyaların adları qoyulub.  Xoşbəxt valideynlərə  hədiyyələr Qroznı meri İbrahim Zakriyev tərəfindən təqdim ediləcək.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button