AktualAktualArxivXəbər lentiXəbərlər

Bakıda “Bismillah” cinayətinin – TƏFƏRRÜATLARI

Xəyalın mədəsini, Hilalın isə qarın boşluğunu bıçaq dağıdıb.

Bakıda vəhhabinin “Bismillah” sözü üstündə iki nəfərin qanını axıtmasının təfərrüatları məlum olub.

Oxu.Az xəbər verir ki, vəhhabinin bıçağına tuş gəlmiş gənclərin yaxınlarımilli.az-a qanlı hadisənin səbəbini açıqlayıblar.

Avqustun 18-də 21 yaşlı Xəyal Bayramov və 24 yaşlı Hilal Bedjanovun avtobusda saqqallı bir şəxslə mübahisəsi düşüb. Mübahisəyə isə bıçaqlanan şəxslərin “Bismillah” kəlməsi səbəb olub.

Xəyal dostu ilə avtobusda gedirmiş. Bu zaman arxadan bir nəfər onlardan avtobusdan düşmək üçün icazə istəyib. Arxaya çevrilən Xəyal isə uzun saqqallı, fərqli geyimdə olan şəxsi görüb və “Bismillah” deyib.

Bunun üstündə münaqişə başlayıb, vəhhabi bu iki oğlanı avtobusdan düşürərək bıçaqlayıb. Xəyalın mədəsini, Hilalın isə qarın boşluğunu bıçaq dağıdıb.

Nizami rayon Polis İdarəsindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.

www.oxu.az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button