ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Bakıda ər arvadını qətlə yetirdi

Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinə noyabrın 11-də saat 21 radələrində Maştağa qəsəbəsində Sevinc Müseyibovanın öldürülməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən (DİN) Az.shafaqna.com-a verilən məlumata görə, rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Araşdırmalarla Maştağa qəsəbəsində yaşayan Vidadi Müseyibovun evində ailə münaqişəsi zəminində həyat yoldaşı Sevinci bıçaqla öldürməsinə əsaslı şübhələr müəyyən olunub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V.Müseyibov tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanılıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button