ArxivXəbər lentiXəbərlər

Bakı sakini İŞİD-ə qoşuldu-Foto

Bakı şəhər sakini İŞİD-ə qoşulmaq üçün Suriyaya getdi

Paytaxtın Müşviqabad qəsəbə sakini özlərini “İraq Şam İslam Ordusu” (İŞİD) adlandıran terror qruplaşmasına qoşulmaq üçün əvvəl Suriyaya, ordan da Mosula yollanıb.

Cenubnews.com İnternet Qəzeti xəbər verir ki, bu barədə “İslamazeri.az”a adının açıqlanmasını istəməyən mənbə bidlirib.

Mənbənin bildirdiyinə görə, Bakının Müşviqabad qəsəbə sakini 21 yaşlı Cəbiyev Sadiq Yadigar oğlu 1 ay bundan öncə İŞİD-ə qoşulmaq üçün Azərbaycanı tərk edib.

Vəhhabi təriqətinə mənsub olan S.Cəbiyev qəsəbədə əvvəllər dalaşqan gənc kimi tanınırmış. Sonralar vəhhabilərə qoşulub saqqal saxlamağa başlayıb. Qəsəbədə öz təriqətinin ideologiyasını təbliğ etmək üçün əlindən gələni edib. Sonda İŞİD meydana çixandan sonra vəhhabi təriqətinə mənsub olan S.Cəbiyev İŞİD-ə qoşulmaq arzusuyla yaşamağa başlayır. Bu arzu ilə də İraqa qaçmaq üçün yollar axtarıb. Hətta bir gün gəlib qəsəbədə yaşayan qonşulara da yaxın zamanlarda şəhid olacağını və nə haqqları varsa halal etmələrini xahiş edib. Beləliklə, təxminən 1 ay bundan öncə, noyabr ayında onun Müşviqabadda izi-tozu belə qalmayıb…

Bir neçə gün keçəndən sonra məlum olur ki, S. Cəbiyev artıq Mosuldan evlərinə zəng vurub, şəhid olacağını bildirib. Onun üçün dua etmələrini istəyib. Azərbaycanda olan öz əqidədaşlarına isə onları da həvəsləndirmək üçün İŞİD sıralarında çəkdirdiyi şəkilləri göndərib. Məlumata görə, S.Cəbiyev hətta “skype” vasitəsilə qohumları ilə də əlaqə saxlayır. Məlumatda o da qeyd edilir ki, anası oğlu S.Cəbiyevlə bu yaxınlarda Türkiyədə görüşməyi planlaşdırır.
İki bacısı olan S.Cəbiyev ailənin tək oğludur. Onun anası Sevgi Cəbiyeva isə Müşviqabad qəsəbəsində yerləşən 320 saylı orta məktəbin müəlliməsidir.
Qeyd edək ki, Muşfiqabadda vəhhabilərin əksəriyyəti İŞİD-ə simpatiya bəsləyir və Əbubəkr Bağdadini özünün rəhbəri, xəlifəsi hesab edir. Bir müddət əvvəl də, məhz bu İŞİD zehniyyətində olan şəxslər və ya onların təsirinə düşən vəhhabilər qəsəbənin dindarlarına hücum etmiş və onlara müxtəlif bədən xəsarətləri vermişdilər. Bu yöndə araşdırmamız davam edir.

P.S. Xəbərdə adları çəkilən şəxslərin fikirlərini dərc etməyə hazırıq. 

Bakı sakini İŞİD-ə qoşuldu-Foto
Bakı sakini İŞİD-ə qoşuldu-Foto
Bakı sakini İŞİD-ə qoşuldu-Foto
Bakı sakini İŞİD-ə qoşuldu-Foto
Bakı sakini İŞİD-ə qoşuldu-Foto

 

 

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button