AktualAktualArxivXəbər lentiXəbərlər

Kərbəlada hicab məhbuslarının şəkilləri qaldırıldı-FOTO

Kərbəlada Azərbaycan bayrağı ilə birlikdə “Hicab Məhbuslarına Azadlıq” şüarları yazılmış lövhələr də qaldırılıb.

Kərbəla zəvvarları əllərində  hicab məhbuslarının rəsmləri, şəkilləri, şüarları  olan lövhələri qaldıraraq Kərbəla ziyarətini yerinə yetirirlər. Həbsdə zindan həyatı yaşayan İmam Hüseyn aşiqlərinin səsi hal-hazırda Kərbəladan gəlir. Artıq  onlarla zəvvar əllərində hicab məhbuslarının lövhələrini dalğalandırır.

 

Bir qrup zəvvarın islamazeri.az-a verdiyi xəbərə görə, artıq neçə gündür ki, hicab məhbuslarının şüarları və şəkilləri olan lövhələr Kərbəla torpağındadır. Zəvvarlar ziyarətə gələn bütün müsəlmanların bu şəxsləri tanıması üçün lövhələri qaldırırlar. Xüsusən, gənclərin əllərində qaldırılan lövhələrdə hicab məhbusları olan Hacı Abgül Süleymanov, Hacı Tale Bağırov, Seyyid Fəramiz Abbasov , Hacı Mövsüm Səmədov, Araz Quliyev və Nicat Əliyevin rəsmləri həkk olunub. Azərbaycan bayrağı ilə yanaşı, üzərində azərbaycanca “Vicdan Məhbuslarına Azadlıq!” və ingiliscə “Prisoners of Consciense, Freedom” sözləri yazılmış lövhələr hazırda Kərbəla torpağında dalğalanmaqdadır.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button