ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Bəxtiyar Hacıyevin rəhbərlik etdiyi təşkilat ofisdən çıxarılıb

İctimai fəal Bəxtiyar Hacxıyevin rəhbərlik etdiyi İctimai-Siyasi İnstitut 2015-ci ildən qərarlaşdığı ofisdən çıxarılıb.
Bu barədə Müdafiə Xətti hüquq müdafiə təşkilatının həmtəsisçisi Zaur Əkbər bildirib.
Onun sözlərinə görə, həmçinin ofisdə qərarlaşan Ziya Quliyevin rəhbərlik etdiyi Hüquqi Təşəbbüslər Mərkəzi və Müdafiə Xətti hüquq müdafiə təşkilatı da çıxarılıb.
“Biz ofisin yerləşdiyi Caspian Plaza biznes mərkəzinin rəhbərliyində hər hansı bir günah görmürük. Bu hakimiyyətin repressiv siyasətinin nəticəsidir. Hakimiyyət zaman-zaman Caspian Plazanın rəhbərliyinə təzyiq edib ki, bizim təşkilatları bu ofisdən uzaqlaşdırsınlar. Bəxtiyar Hacıyevin həbsindən sonra bu təzyiqlər daha da ciddiləşdi və dekabrın 9-da ofisdə Hacıyevin hüquqlarını ictimai müdafiə komitəsinin mətbuat konfransı keçirməsinə imkan verilmədi. Nəhayətdə yanvarın sonunadək ofisi tərk etməmizi istədilər”, o qeyd edib.
Hüquq müdafiəçisi  hesab edir ki, Caspian Plazanın rəhbərliyinə daha yüksək səviyyədə təzyiqlər olub.
Zaur Əkbərin sözlərinə görə, qeyri-hökumət təşkilatlarının ofisdən çıxarılması yalnız Bəxtiyar Hacıyevə deyil, bütövlükdə vətəndaş cəmiyyətinə qarşı təzyiqdir.
Digər tərəfdən Tofiq Yaqublu və Bəxtiyar Hacıyevin siyasi məhbuslara azadlıq tələbi ilə başladığı aclıq aksiyasına isə daha 4 nəfər qoşulub.
 AXCP  Salyan rayon təşkilatının sədri Əlzamin Salayev Müsavat Partiyasının qərargahında artıq13 fəalın aclığı davam etdirdiyini bildirib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button