Aktual

Bəhanə tapmaq çətin deyil

Hakimiyyət heç bir utanc hissi keçirmədən bütün imkanları və resurslarıla İrana qarşı çirkab atamaq üçün hər mövzuya əl atır.

Ötən günlər yerli mətbuatda, Bakıda fəaliyyət göstərən “İmedis” klinikasının fəaliyyətinin dayandırılması barədə məlumatlar yayılıb.

Heç də təəccüblü deyil ki, bu məlumatları özünün antiiran, İrana qarşı düşmənçi mövqeyi ilə fərqlənən Vüsalə Mahir qızının sahibi və rəhbəri olduğu APA informasiya aqentliyi yayıb.

Aqentliyin yaydığı məlumatları izlədikcə elə təəssürat yaranır ki, Azərbaycan hakimiyyəti İran əleyhinə
” Azərbaycan hakimiyyəti İran əleyhinə cürəbə cürə planlar qurur və bu planlarda hərənin öz rolu olduğu kimi APA aqentliyinin də rolu var. “
cürəbə cürə planlar qurur və bu planlarda hərənin öz rolu olduğu kimi APA aqentliyinin də rolu var. Mətbuat orqanalrı arasında bu rolda çıxış edən APA yeganə orqan deyil, eyni rolu paylaşan başqa mətbuat orqanları da mövcuddur.

Klinikaya və bu klinika ətrafında dövriyyəyə buraxılan məlumatlar cəmiyyətə elə təqdim olunur ki, guya İran Azərbaycanda klinika açıb və burda xalqı soyur sonra da zəhərləyib öldürür.

Həqiqət də isə vəziyyət ayrı cürdür. “İmedis” klinikasının sahibi və rəhbəri Azərbaycan vətəndaşı Leyla Məmmədovadır. Onda sual yaranır ki, hansı səbəblə, APA kimi mətbuat orqanları bu klinikanı İran klinikası adlandırır? Səbəb çox absurddur, sən demə Leyla
” “İmedis” klinikasının sahibi və rəhbəri Azərbaycan vətəndaşı Leyla Məmmədovadır. Onda sual yaranır ki, hansı səbəblə, APA kimi mətbuat orqanları bu klinikanı İran klinikası adlandırır? “
Məmmədovanın həyat yoldaşı İran vətəndaşı Əhəd Abadipəsənd imiş.

Ola bilər iranlı Əhəd Abadipəsənd öz arvadına klinika açmaq üçün maliyyə dəstəyi göstərsin, ancaq bunu İran klinikası adlandırmaq və guya ki, İran burda klinika açıb xalqı soyur və zəhərləyir kimi təqdim etmək qərəzdən başqa bir şey deyil.

Hətta Əhəd özü bu işlərin rəsmi məsuliyyətini daşıyırsa belə yenə onun hərəkətlərini və klinikasını İranın klinikası kimi təqdim etmək qərəzdir.

Bir iranlı biznesmen Azərbaycan gəlib uğursuz və ya uğrulu iş qurursa məsuliyyətin həmin şəxsin özünə aid edilməlidir, daha dövlətin burda nə günahı var?

Əslində bunu elə hakimiyyət də başa düşür, APA rəhbərliyi də, intəhası hakimiyyətdən gələn əmr budur ki, hər nə vəchlə olur olsun İrana qarşı cəmiyyətdə
” hakimiyyətdən gələn əmr budur ki, hər nə vəchlə olur olsun İrana qarşı cəmiyyətdə düşmənçilik toxumu səpilməlidir “
düşmənçilik toxumu səpilməlidir və əmin olun ki, bu toxum hələ çox zaman keçməməsinə baxmayaraq öz bəhrəsini də verir, bunu Bakının küçələrini gəzib sadə xalqı dindirməklə də görmək olar, ona görə də bu cür siyasətə, qardaşı qardaşa düşmən salan siyasətə son qoyulmalıdır.

Hakimiyyət heç bir utanc hissi keçirmədən bütün imkanları və resurslarıla İrana qarşı çirkab atamaq üçün hər mövzuya əl atır, əlbəttə bunu siyasət kimi qəbul ediblərsə qardaş ölkəyə qarşı nifrət yaratmaq üçün bəhanə tapmaq çətin deyil, hətta bu bəhanələrin əsası, məntiqi olmasa da, özü də hakimiyyət heç də addımlarının məntiqsizliyindən narahat da deyil.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button