Xəbərlər

Prokuror üzdəniraqlara xatir Azərbaycanın Qeyrətli Övladlarına 5 ildən 10 ilədək cəza istədi

Qeyd edək ki, bədnam “eurovision-2012” fəsad müsabiqəsi ərəfəsində MTN müxtəlif qondarma ittihamlarla İslamçıları ŞƏRLƏYƏRƏK zorakıcasına həbs edib. Hal-hazırda onların bir neçəsinin məhkəməsi artıq başa çatıb və barələrində hökm elan olunub.

Prokuror üzdəniraqlara xatir Azərbaycanın Qeyrətli Övladlarına 5 ildən 10 ilədək cəza istədi
Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, bu gün oktyabrın 31, 2013 tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsində bədnam “eurovision-2012” fəsad müsabiqəsi ərəfəsində müxtəlif qondarma ittihamlarla ŞƏRLƏNƏRƏK zorakıcasına həbs edilən dini fəal, İslamçı jurnalist Nicat Əliyevin, Azərbaycanın daha 9 qeyrətli övladlarının ədalətsiz mühakiməsi davam edib.

Bu haqda açıqlama verən vəkil Yalçın İmanov bildirib ki, prosesdə dövlət ittihamçısı məhkəmənin hökmünə dair təkliflərini irəli sürüb: “Ağlasığmaz cəzalar istənildi. Prokuror Nicat Əliyev, Elvin Nəsirov, Ceyhun Səfərliyə 10 il, Qorxmaz Camalov, Valeh Abdullayevə 9 il, Samir Hüseynova 8 il, Elmxan Hüseynova 7 il, Emin Tofidi, Əli Əliyevə 6 il, Səfər Məmmədova isə 5 il həbs cəzası təklifi verdi”.

Ədalətsiz hakim Zeynal Ağayev prosesi 7 Noyabr saat 10:30-a təyin edib. Və həmin prosesdə vəkillər, təqsirləndirilən şəxslər çıxış edəcəyi gözlənilir.

Bildirək ki, İslamçılar mövcud sülalənin güc strukturları tərəfindən qanunsuz olaraq narkotik vasitə saxlamada; qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, satış və ya yayma məqsədi ilə idxal etmə, satma və ya yaymada; bir qrup şəxs tərəfindən hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlarda; mütəşəkkil dəstə tərəfindən milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlərdə ittiham olunaraq ŞƏRLƏNİLİBLƏR.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button