Qadin və hicab

Hicab və Hicab Qadağası Məhbuslarını Müdafiə Komitəsinin BƏYANATI

Əziz qardaşımız Hacı Tale! Səni həbs etməklə, bütün mübariz və haq aşiqlərini susdurmaq və həbs etmək istəyirlər!

Allahın adı ilə!

(Ya Peyğəmbər!) Allahın köməyi və zəfər gəldiyi zaman; İnsanların dəstə-dəstə Allahın dininə (İslama) daxil olduqlarını gördüyün zaman, Rəbbini həmd-səna ilə təqdis et!” (Nəsr surəsi 1-3)

Bu gün Allahın lütf və mərhəməti sayəsində qərhəman və müsəlman xalıqımız, Quran və Əhli-Beyt (ə) məktəbinin yetirmələrinin fədakarlığını və şücaətini müşahidə etməkdədir. Həqiqəti xalqa çatdırmaq cəhətdən, informasiya blokadasında olan müsəlman xalqımız, Hacı Mövsüm, Hacı Abgül və Hacı Tale kimi mübariz qardaşlarımızı və din xadimlərimizi başqa adlarda xalqa çatdırıb şərləyirlər. Bu hal, indiki hakimiyyətin tam şəkildə müsəlman xalqımıza qarşı olmasını hamıya açıq-aydın göstərir.

Bu minvalla, Hicab Müdafiə Komitəsi, mübariz din xadimimiz Hacı Talein qanunsuz olaraq, həbs olunub bir neçə ay saxladıqdan sonra hökm çıxarılmasını bu xalqın ziyalısına, pak və mübariz elitasına, din xadimlarinə və alimlərinə qarşı indiki hakimiyyətin müharibəsi kimi qiymətləndirir və bunu qəti şəkildə məhkum edirik!

Ümidvaram, Allahın köməyi və müsəlman xalqımızın qətiyyətli mübarizəsi ilə tezliklə, torpaqlarımız düşmən tapdaqlarından azad olar, müstəqilliymiz tam bərpa olar və müsəlman xalqımız ölkədə hər bir zülmə və ədalətsizliyə son qoyar!

Əziz qardaşımız Hacı Tale! Səni həbs etməklə, bütün mübariz və haq aşiqlərini susdurmaq və həbs etmək istəyirlər! Amma, bilmirlər ki, Allahın vədəsi yer üzündə saleh, pak və imanlı insanların öndə olmasıdır! O gün, İmam Zamanın (əc) günü və hakimiyyəti günüdür!

02-11-2013
Hicab Müdafiə Komitəsi

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button