ArxivQadin və hicabXəbər lentiXəbərlər

Azərbaycanlı xanımın böyük qələbəsi…

Polşanın Lodz Universitetində oxuyan azərbaycanlı tələbənin şikayəti əsasında erməni müəllim işdən qovulub.

Qafqaz.ir vetenugrunda.az-ya istinadən xəbər verir ki,Tələbə Fatimə Şirəliyeva erməni millətindən olan universitet müəlliminin haqsızlığı ilə üzləşib. Belə ki, ümumi fənlər üzrə Fatiməyə dərs deyən müəllim atalıq məzuniyyətinə getdiyindən imtahanları universitetin erməni millətindən olan Krakovyan adlı müəllimin götürəcəyi məlum olur:

“Bu müəllim imtahanlara kimi bir neçə dəfə dərslərimizə də girirdi. Mənim Azərbaycandan olduğumu biləndən sonra bunun mənə qarşı hərəkətləri, fikirləri tamam dəyişmişdi. Mən imtahana erməni müəllimin girəcəyini bildikdən sonra, mövzumu dəyişdim və Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan istiqamətində hazırlaşdım.

İmtahanda bu istiqamətdə hazırladığım məruzəmi səsləndirəndə Krakovyan bir neçə dəfə məndə səhvlər çıxarmağa çalışdı. Amma mən ona bütün həqiqətləri çatdıranda susmalı oldu. Çıxışımdan sonra bütün tələbələr məni alqışladıqda erməni müəllim daha da qəzəblənirdi”.

İmtahandan sonra Krakovyan ona imtahanın cavabını e-mail adresinə göndərəcəyini deyir.

Krakovyan Fatimənin e-mail ünvanına göndərdiyi imtahan cavabında qiymət almadığını və kəsildiyini bildirir.

Təhsil naziri Fatimənin dinlədikdən sonra göstəriş verir və Krakovyan universitetdən qovulur.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button