ArxivXəbər lentiXəbərlər

AXCP sədrliyinə sabiq namizəd partiyadan çıxarılıb

Sahib Kərimli: “Partiya üzvlüyümü bərpa edib, 2018-ci ildən sonra Əli Kərimlinin istefasına nail olacam”

AXCP sədrliyinə sabiq namizəd Sahib Kərimli partiyadan çıxarılıb.

axcp sedrliyine sabiq namized partiyadan cixarilib

S. Kərimli bu barədə “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb.

S. Kərimli partiyadan çıxarılmasından AXCP Şəki rayon şöbəsinin sədrinin “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazdığı qeyddən sonra xəbər tutduğunu bildirib: “Əli Kərimlinin təşəbbüsü ilə AXCP Rəyasət Heyətində və Şəki rayon təşkilatında məni partiyadan çıxarmaqla bağlı müzakirələr açılsa da, qərar qəbul etmək mümkün olmamışdı. İndi məlum olur ki, Şəki şöbəsinin Məclisində guya yekdilliklə qərar qəbul edilib ki, partiyadan xaric olunum. Bütün saxtakarlıqları bir tərəfə, təkcə onu qeyd edim ki, Məclis sədri Elşad Həsənovla əlaqə saxladım, onun bu qərardan xəbəri yoxdur. Əli Kərimli 2018-ci ilə kimi ona verdiyim zamanı gözləməyə cəsarət etmədi, ictimai rəyi nəzərə almadan partiya daxilində alternativ fikri saxta və antidemokratik yolla susdurmaq yolunu tutdu. Bəyan edirəm ki, qanuni yollarla bu qərarın saxta olduğunu sübut edəcəm, partiya üzvlüyümü bərpa edib, 2018-ci ildən sonra Əli Kərimlinin istefasına nail olub, demokratik qurultay keçirilməsini təmin etmək üçün sistemli fəaliyyətə başlayacam. Hələlik isə Əli Kərimli partiya üzvlərini və cəmiyyəti aldatmaqla məşğul olsun, zaman onun əleyhinə işləyir. Qərara qarşı bu gün başlayacağım fəaliyyəti öz lehinə çevirib, ictimai rəyi yenidən çaşdırmasına imkan verməyəcəm”. (APA)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button