ArxivXəbər lentiXəbərlər

Azərbaycanlı alim İranda beynəlxalq biotexnologiya konfransında məruzə ilə çıxış edib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov ölkəmizi İran İslam Respublikasının Kərəc şəhərində keçirilən II beynəlxalq biotexnologiya konfransında təmsil edir.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, Z.Əkbərov konfransda “Azərbaycanda buğda genotiplərinin yeni nəsil sekvenser texnologiyaları əsasında genotipləşdirilməsi” mövzusunda məruzə ilə çıxış edib. Azərbaycanlı alimin məruzəsi konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Xatırladaq ki, Genetik Ehtiyatlar İnstitutunun əməkdaşları İranda hələ 2014-cü ildə keçirilmiş beynəlxalq konfransda iştirak ediblər. Konfransdan sonra İran Elmi-Tədqiqat Aqrar Biotexnologiya İnstitutu və İran Milli Genbankının alimləri ilə fikir mübadiləsi aparılıb, birgə tədqiqatların aparılması istiqamətində prioritetlər müəyyən edilib. Azərbaycanda aqrar biotexnologiya, molekulyar genetika və fiziologiya sahələrinin inkişafı, o cümlədən aqrar sahədə gen mühəndisliyinin nailiyyətlərindən istifadə və genetik modifikasiya olunmuş bitkilər üzrə biotəhlükəsizlik sisteminin yaradılması üçün İran, Yaponiya və s. ölkələrin alimləri ilə tədqiqatların aparılması, seminarların təşkili, kadr hazırlığı və beynəlxalq layihələrdə iştirakın təmin olunması məsələləri müzakirə olunub.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button