ArxivIslamXəbər lentiXəbərlər

Ayətullah Xamenei Həcc bəyanatında çox mühüm məsələlərdən danışıb

İran İslam İnqilabının Ali Dini Liderinin həcc zəvvarlarına olan mesajı bu gün Ərəfatda oxunub.

İslamazeri.com-un vediyi xəbərə əsasən, Ayətullah uzma Seyid Əli Xameneinin həcc ziyarəti üzrə nümayəndəsi höccətül-islam Qazi Əsgər tərəfindən oxunan mesajda bildirilib:

“Bismillahir rəhmənir rahim

Allaha şükür edirik ki, bu il də dünyanın böyük mömin kütləsinə səadətli həcc ziyarətini nəsib etdi ki, dadlı və feyz bəxş edən bulaqdan istifadə edə bilsinlər, gündüz və gecələrinin möcüzəli iksir kimi qəlbləri dəyişən, canları təmizləyən və gözəlləşdirən saatlarında Allahın əzəmətli evinin kənarında, ibadət, zikir və yaxınlaşmaq halında keçirsinlər.

Həcc sirli ibadət və şərəfli Ev ilahi bərəkətlərin və nişanələrinin mənbəyi və simvoludur. Həcc imanlı, xüşu və düşüncə əhli olan bəndəni mənəvi məqamlara ucalda və onu nurani insan halına gətirə bilər. Həmçinin onu bəsirətli, şücaətli, əməl əhli və mücahid olaraq da yetişdirə bilər. Bu misilsiz ibadətdə həm mənəvi, həm siyasi, həm fərdi və həm də ictimai yönlər aşkarcasına görünməkdədir və islam cəmiyyəti bütün bu yönlərə ehtiyaclıdır.

Bir tərəfdən materializm cadusu yeni vasitələrdən istifadə edərək fəsad yaymaqdadır, digər tərəfdən isə imperialist qüvvələrin siyasəti müsəlmanlar arasında fitnə və od yaratmağa, islam ölkələrini ixtilaf və təhlükə meydanına çevirmək üçün çalışır. Həcc, islam ümmətinin bu 2 böyük bəlası üçün şəfalı dərman rolunu oynaya bilər. Həm qəlbləri paslardan paklaya, təqva nuru və mərifətlə nurlandıra bilər, həm də gözləri islam dünyasında baş verən acı həqiqətlərə aça bilər və iradələri bu problemlərlə vuruşmağa, ayaqları möhkəm durmağa, əl və beyinləri isə işə başlamağa hazır edə bilər.

Bu gün islam dünyası təhlükə ilə üzləşib; əxlaqi, mənəvi və siyasi təhlükə. Əsas səbəbi bizim qəflətimiz və düşmənlərimizin acımasız hücumlarıdır. Biz, bacarıqsız düşmənlərin hücumları müqabilində öz dini və əqli vəzifələrimizə əməl etmədik. Həm “Kafirlərə qarşı şiddətli”-ni, həm də “Öz aralarında mehriban”-ı unutduq! Nəticə etibarı ilə sionist, islam dünyasının coğrafiyasının qəlbində fitnə ilə məşğuldur və biz, Fələstinin azadlığı kimi qəti olan vəzifəmizi unudub, başımız Suriya, İraq, Yəmən, Livya və Bəhreyndə olan daxili müharibələrə, Əfqanıstan və Pakistanda olan terrorçulara qarışıb.

İslam ölkələrinin liderləri və islam dünyasının siyasi, dini və mədəni sahədə istedadlılarının boyunlarına böyük yük düşür. Vəhdətin formalaşması və hamını məzhəbi və tayfaçılıq ixtilaflarından uzaqlaşdırmaq, xalqları imperialist qüvvələrin və sionistin düşmənçilik və xəyanətlərindən xəbərdar etmək, hamılıqla incə və sərt meydanlarda düşmənlə mübarizəyə hazırlaşmaq, Yəmən hadisələri kimi dünyada hüzün və etiraza səbəb olan hadisələrin dərhal dayandırılması, Miyanma və müsəlmanların azlıq təşkil etdiyi digər ölkələrdə olanları müdafiə etmək və ən əsası, Fələstini müdafiə etmək və 70 ilə yaxındır ki, qəsb olunmuş ölkəsi uğrunda mübarizə aparan xalqla həmkarlıq etmək bizim vəzifələrimizdəndir.

Bu, hamımızın boynunda olan ən mühüm vəzifələrimizdir. Xalqlar bunları dövlətlərindən tələb etməli və xüsusi istedadlılar bu məsələlərin reallaşması üçün xalis niyyət və möhkəm iradə ilə səy göstərməlidirlər. Bu işlər Allahın dininə yardım etməyin ən bariz nümunələridir. Şübhəsiz ki, İlahi vədəyə əsasən, Allahın da yardımını da özü ilə gətirəcəkdir.

Bu məsələlər həccin bəzi dərsləridir və ümid edirik ki, bunları anlayacaq və əməl edəcəyik!

Həcc ziyarətinizin qəbul olmasını Allahdan diləyir, Mina və Məscidul-haram faciəsində şəhid olanların xatirəsini anıram. Onlara rəhmət və kərəm sahibi olan Allahdan uca məqamlar diləyirəm!

Allahın rəhməti və salamı olsun sizlərə!

Seyid Əli Xamenei

7.Zilhəccə.1438″

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button