Aktual

Azərbaycanın Qərb bölgəsindən Mövsüm Səmədova 21 min imzalıq müraciət

Məlum olduğu kimi ölkəmizdə bu ilin oktyabr ayında keçiriləcək prezident seçkiləri ilə əlaqədar müxtəlif bölgələrdə və paytaxtda yaşayan vətəndaşlar-ziyalı, dindar, mömin insanlar Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədova müraciət ünvanlamaq barədə təşəbbüs qaldırıblar və bu təşəbbüsə artıq ölkənin müxtəlif bölgələrindən minlərlə imza toplanıb. Vətəndaşlar hazırda 11 saylı cəzaçəkmə müəssisəndə həbs müddəti çəkən Səmədovdan prezidentliyə namizədliyini irəli sürülməsini xahiş edirlər.

İndiyə kimi Hacıqabul, Saatlı, Astara, Lənkəran, Yardımlı, Cəlilabad, Biləsuvar, Neftçala və Salyan rayonundan ümumilikdə 20 minə yaxın imza atıblar.

Bu rayonların sırasına Ağstafa, Qazax, Gəncə, Yevlax, Tərtər, Bərdə və Ucardan olan 21700 nəfər də qoşulub. Vətəndaşlar keçiriləcək prezident seçkilərinə “Əxlaqlı seçki və ədalətli hakimiyyət uğrunda hərəkat” adı altında qoşulan Azərbaycan İslam Partiyasının çağırışına hamılıqla qoşulduqlarını bildirirlər: “Bu istək bizdə Azərbaycanın istiqlaliyyətinin möhkəmləndirilməsi, nikbin gələcəyinin və  torpaqlarımızın bütövlüyünün təmin olunması, milli-mənəvi, dini dəyərlərimizin qorunub saxlanması, xarici qüvvələrin dövlətimizin daxili işlərinə qarışmaqdan kənarlaşdırılması, cəmiyyətin ədalətlə idarə edilməsi və qanunun aliliyinin icra edilməsi kimi vətəndaş maraqlarından irəli gəlir. Sizin malik olduğunuz xüsusiyyətlər və insani dəyərlər bizdə böyük ümidlər və inam yaradır. Sizə olan etimadımızı nəzərə alıb təklifimizi qəbul etməyinizi xahiş edirik.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button