Aktual

Azərbaycanın dövlət müxbirinin xoşuna gölməyən cavab-İran xalqının ümumi fikri hələ də Azərbaycanın qarşılıqlı addımını gözləyir

Xalidə Xalid və onun sürücüsü 10 ordibehiştdə (30 aprel) İranın mühafizə orqanlarının əməkdaşları tərəfindən Təbrizdə saxlanıldı. Onun saxlanılmasının elan olması ilə eyni zamanda həmişə dəlil-sübutsuz töhmət vuran Azərbaycanın dövlət mediası İran əleyhinə təbliğatı gücləndirdilər.

Xəzər televiziyası bildirdi: Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi İranda səfərdə olarkən Təbrizdə həbs edilib.Həmin televiziyada qeyd edilən institutun şöbə müdiri Vaqif Arzumanlı Xalidə Xalidin elmi bir təhqiqatla bağlı İrana səfər etdiyini və İran-Azərbaycan münasibətlərinə xələl gətirəcək bir şəxs olmadığını bildirdi.Həmçinin, Xəzər kanalı Xalidənin oğlu tərəfindən anasının ədəbi təhqiqat və şer oxuması məqsədilə İrana səfər etməsini dedi.Bu arada dövlətə bağlı ATV kanalı Xalidə Xalidin sürücüsü Şamxal Hüseyvonun da həbs edildiyini xəbər verdi.Azərbaycan mediası həbsin səbəblərinə diqqət etmədən İranı ittiham etməyə başladılar. Əlbəttə, bəzi vaxtlar İran rəsmilərinin bu məsələyə məntiqli qarşılıq verməsi halları da oldu.Nəhayət, İran hökuməti məsləyə göz yumaraq 13 xordadda (3 iyun) mübahisələrə səbəb olmuş tədqiqatçını və onun sürücüsünü Tehranda Azərbaycan səfirliyinə təhvil verdi və 16 xordadda (6 iyun) o Bakıya döndü.

Xalidə Xalid ölkəsinə döndükdən sonra bir neçə gün jurnalistlərə müsahibə verməkdən yayındı və istirahətə ehtiyacı olduğunu bildirdi. O, 23 xordadda (13 iyun) bir neçə mətbuat əməkdaşına müsahibə verdi.O, öz müsahibəsində iranlı məmurların onunla olduqca yaxşı rəftar etməsini vurğulayaraq, onlara öz təşəkkürünü bildirdi. Bu məsələ zahirən Azərbaycanın dövlət televiziyasının müxbirinin xoşuna gəlmədi. Amma Xalidə Xalidin sözünə senzura qoymaq fikri yox idi və bütün həqiqətləri söylədi.Müxbir iranlı məmurların onu incidib-incitməmələri barədə soruşduqda o dedi: “Saxlandığım andan mənimlə çox hörmətlə rəftar etdilər, hətta mənimlə uca səslə belə danışmadılar və bütün istəklərimi yerinə yetirirdilər”.

Araşdırmaçı alimdən öz istəyinə uyğun cavabı ala bilməyən müxbir bu dəfə ondan saxlanma şəraiti barədə soruşdu. Xalidə xanım dedi: “Mənim saxlandığım yer çox rahat idi və ona həbsxana demək olmazdı. Orada lazım olan bütün imkanlar var idi və orada öz evimdə olduğum kimi rahat idim”.İslam-azərinin əməkdaşının yemək şəraiti barədəki sualını cavablandıran alim deyib: “Kababından, aşından tutmuş hər yeməkləri çox gözəl, dadlı idi. Eynən evdəki kimi. Bu həqiqətdi, inanın”.Müxbirin “sizə necə müraciət edirdilər?” sualının cavabında deyib: “Mənə “ustadi-ədəbiyyat” deyə müraciət edirdilər”.O, saxlandığı müddətdə həbsxana məmurlarından Quran və digər kitablar istədiyini və bunun dərhal yerinə yetirdiyini vurğulayıb.O, Azadlıq Radiosu müxbirinin “Yenə də İrana getməyiniz mümkündürmü” sualını cavablandırdıqda deyib: “Bəli, əgər araşdırmamla bağlı lazım gələrsə yenə də İrana səfər edəcəyəm”.Xalidə xanım ANS kanalına müsahibəsində deyib: “Mən axırda onların hamısından halallıq istədim və oradakı cavanların hamısını öz övladım kimi bilirdim. Mən araşdırmamla bağlı İrana səfər etmişdim, lakin lazım olan icazəni almamışdım və bu barədə icazə almaq lazım olduğunu bilmirdim. Bu səhv mənim tərəfimdən olmuşdu. Saxlandığım müddətdə iranlılar tərəfindən mənə qarşı hansısa təzyiq, yaxud səhv bir hərəkət görmədim”.Gözləmək lazımdır ki, Azərbaycan dövləti İranın bu rəftarına hansı cavabı verəcək. Məlumdur ki, İran xalqı bunun müqabilində Bakı dövlətinin Azərbaycanda həbs edilmiş Ərdəbil əyalətinin işçisi İran vətəndaşı Mikayıl Kaziminiyə qarşı eyni hərəkəti gözləyirlər.  Amma bir neçə gün öncə Azərbaycan Məhkəməsi ona 3.5 il azadlıqdan məhkum olunma hokum oxudu və bu İran xalqını, əsasən də Qafqaz regionunun media əhlini və məsullarını heyrətləndirdi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button