Aktual

“Azərbaycanda siyasi məhkum yoxdur” !!

Azərbaycanda heç kim siyasi baxışlarına görə həbs olunmur”

“Azərbaycanda heç kim öz siyasi baxışlarına görə həbs olunmur. Ölkədə siyasi məhkumlar yoxdur”.Tia.Az xəbər verir ki,bunu azərbaycan prezidenti İlham Əliyev Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu ilə görüşdən sonra keçirdiyi brifinqdə deyib. Jurnalistin sualını cavablandıran İ.Əliyev bildirib ki, onun opponentlərindən heç biri həbsdə deyil: “Azərbaycanda siyasi məhbus yoxdur, AŞ PA Monitorinq Komitəsinin hesabatını oxusanız, buna əmin ola bilərsiniz. Azərbaycan insan haqları sahəsində öz öhdəliklərinə tam riayət edir. Azərbaycan demokratik ölkədir. Ölkədə müxtəlif siyasi partiyalar sərbəst fəaliyyət göstərir”.

Prezident qeyd edib ki, ölkədə hələlik seçki kampaniyası başlamayıb, Azərbaycan seçkiləri müşahidə etmək üçün beynəlxalq müşahidəçilər dəvət edəcək.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button