ArxivXəbər lentiXəbərlər

Azərbaycanda əsas ərzaq malları yenə bahalaşdı

2019-cu ilin yanvar-fevral aylarında ərzaq məhsulları və xidmətlər bahalaşıb.

Fevralda ərzaq məhsulları, tütün məmulatlarının qiymətləri 1,1 faiz artıb.

Ay ərzində düyünün, unun, manna yarmasının, makaron məmulatlarının, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, balıq məhsullarının, süd məhsulları və pendirin, bitki yağlarının, meyvə-tərəvəzlərin, şəkər və şəkər tozunun, qəhvə, çay və kakaonun, tütünməmulatlarının qiymətləri yüksəlib.

Ay ərzində qeyri-ərzaq mallarından ayaqqabıların, mebelin, mobil telefonların, televizorların, zərgərlik məmulatlarının qiymətlərində bahalaşma qeydə alınıb.

Həmçinin, fevral ayında mənzillərin icarə haqqı, avtomobillərin təmiri, tibbi və stomatoloji xidmətlərin, ölkə daxilində istirahət turlarının qiymətləri qalxıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, qiymətlər ötən ilin eyni dövrü ilə müqayisədə, 1,9 faiz, ərzaq məhsulları, və tütün məmulatlarının qiymətləri 1,0 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3,5 faiz artıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button