AktualAktualArxivXəbər lentiXəbərlər

Azərbaycan vətəndaşı olan qadın Təbriz həbsxanasından azad edildi

Azərbaycan vətəndaşı olan məhbus qadın Təbrizin Diyə İdarəsinin təlaşları nəticəsində həbsxanadan azad edilib.
Qafqaz Mədəniyyət Mərkəzi – Təbriz Əyaləti Diyə İdarəsinin nümayəndəliyinin rəhbəri Şərqi Azərbayacan televiziyasına müsahibəsində deyib: “Azərbaycan Respublikasının vətəndaşı olan 68 yaşlı qadın maliyyə ittihamı ilə məhkum olaraq Təbriz həbsxanasında saxlanılırdı. Xeyriyyəçilərin və Təbriz Diyə İdarəsinin təlaşları nəticəsində azad olunaraq öz ölkəsinə qayıtdı”.
Təqipur əlavə edib: “Onun 1 milyard 500 milyon rial məbləğində borcu var idi. Şikayətçi ilə bir neçə dəfə danışıqlar aparıldıqdan və razılığını aldıqdan sonra bu məbləğ 400 milyon riala endirildi. Xeyriyyəçilərin və Təbriz Diyə İdarəsinin yardımları ilə bu borc ödənildi və məhbus azadlığa çıxdı”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button