ArxivXəbər lentiXəbərlər

Bakıda beynəlxalq neft və qaz sərgisi açılacaq

Azərbaycan Respublikasının 24-cü beynəlxalq neft və qaz sərgisi bir neçə iranlı şirkət daxil olmaqla 290-dan çox şirkətin iştirakı ilə sabah Bakıda fəaliyyətə başlayacaq.

IRIB-nin Bakı ofisinin məlumatına görə, bu sərginin icraçı direktoru Fərid Məmmədov IRIB ilə müsahibədə deyib: Bu sərgi dünyanın otuz ölkəsindən olan 290-dan çox daxili və xarici şirkətin iştirakı ilə sabahdan etibarən üç gün müddətinə Bakıda beynəlxalq sərgilərin keçirildiyi daimi məkanda keçiriləcək.

O, bildirib ki, İrandan da Milli Qaz Şirkəti bir neçə digər şirkət ilə yanaşı, bu sərgidə öz qabiliyyətlərini nümayiş etdirəcək. O, əlavə edib: Bu sərginin keçirilməsi özlərinin neft və qaz sahələrindəki bacarıqlarını dünyaya təqdim etmələri üçün müxtəlif ölkələrin nümayəndələrinin müzakirələri və fikir mübadiləsi üçün münasib bir fürsətdir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button