ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Azərbaycan: Torpaqlarımızdan İran torpağına hücuma icazə verməyəcəyik

Azərbaycan Respublikası XİN-nin müavini ölkəsinin digər ölkələrin münaqişəsinə müdaxilə etmədiyini vurğulayaraq deyib: Azərbaycan İsrailə İran torpağına hücum etmə icazəsi verməyəcək.
Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, İsraildə səfərdə olan Fariz Rzayev Fələstinin Herziliya universitetindəki mətbuat konfransında Qarabağ müharibəsində bizə dəstək olan Pakistan və İsrailə minnətdarlığını bildirib.
30 il fasilədən sonra İsrail-Azərbaycan səfirliklərinin açılmasında yaranan suallara aydınlıq gətirib təxirləri əsaslandırmağa çalışan XİN rəsmisi İranla münasibətlər barədə deyib: Biz iki qonşu olduğumuz üçün keçinməliyik və heç bir ölkə bizim rəftarlarımıza stimul verə bilməz. Biz daim müsbət münasibətlərə çalışmışıq. Xarici və təhlükəsizlik siyasətimizdə ixtilaflar var. Suveren xarici siyasətimizin olduğu ilə fəxr edirik. Münasibətlərimiz minimim vəziyyətdədir. Hətta Tehranda səfirliyimiz belə yoxdur. Amma səfirliyimizə hücum haqda suallarımız var.
Azərbaycan XİN rəsmisi İran barədə cavabının sonunda deyib: Biz heç bir ölkənin daxili işlərinə qarışmırıq. Elə bu səbəbdən də İsrailə Azərbaycandan İran torpağına hücum etmək icazəsi verməyəcək

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button