ArxivQarabağXəbər lentiXəbərlər

Azərbaycan Respublikasının Ordusu Ağdama daxil olub

Rusiya sülhməramlı qüvvələrinin iştirakı ilə bu gün Ağdam rayonu Azərbaycan Respublikası silahlı qüvvələrinə təhvil verilib. Bu gündən etibarən Ağdam rayonu Azərbaycanın nəzarətində olacaq.

Qafqaz.ir  xəbər verir, Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladığı 3 tərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 20-də Ağdam rayonuna daxil olub.

Bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, Ağdam rayonu 23 iyul 1993-cü ildə Ermənistan ordusu tərəfindən işğal olunub.

1994-cü il may ayının 12-dək davam edən hərbi təcavüz nəticəsində isə ermənilər Ağdam rayonu ərazisinin 846,7 kvadrat kilometrini, yəni ümumi ərazisinin 77,4 faizini işğal etməyə nail oldular. Ağdamın müdafiəsi uğrunda 5 ildən artıq gedən qanlı döyüşlərdə rayon 5897 şəhid verib. Həmin döyüşlərdə 3531 nəfər əlil olub, 1871 nəfər uşaq valideynlərini itirib. 126 min nəfərdən artıq ağdamlı öz doğma ev-eşiyindən didərgin düşmüşdü.

Ağdamda qədim tarixə malik çoxlu memarlıq və incəsənət abidələri var. XIX əsrdə tikilmiş türbə, Xanoğlu türbəsi, Pənah xanın türbəsi, Pənah xanın imarəti, iki sandığabənzər abidə, XV əsrə aid Sərdabə və Hatəm Məlik qalası, Cümə məscidi və Şahbulaq məscidi Ağdam rayonu ərazisində yerləşir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button