ArxivQarabağXəbər lentiXəbərlər

Ərdəbil Əyaləti İslami İrşad və Mədəniyyət İdarəsinin baş direktoru: Qarabağ mənəviyyata söykənməklə azad oldu

Abdullah Bəhrülülumi “Qarabağ münaqişəsi; zəminələr, səbəb və nəticələrin araşdırılması” iclasının mətbuat konfransında deyib: “Qarabağ mənəviyyata söykənməklə azad oldu.”

Qafqaz Həqiqətləri xəbər verir ki, Ərdəbil Əyaləti İslami İrşad və Mədəniyyət İdarəsinin baş direktoru doktor Abdullah Bəhrülülumi “Qarabağ münaqişəsi; zəminələr, səbəb və nəticələrin araşdırılması” iclasının mətbuat konfransında Qarabağ münaqişəsinin sonunun bəlli olduğunu bildirərək deyib: “Qarabağ münaqişəsinin sonu Azərbaycan xalqının bu münaqişəni bitirməyə və erməniləri bu bölgədən çıxarmağa ciddi iradəsi səbəbindən bəlli idi.”

O əlavə edib: “Bəzi ölkələrdən fərqli olaraq İranın Qarabağ münaqişəsində mövqei aydın idi və İran işğal edilmiş ərazilərin azad olunmasını, bütün torpaqların Azərbaycana qaytarılmasını istəyirdi.”

Baş direktor Qarabağın mənəviyyata söykənməklə azad olunduğunu vurğulayaraq deyib: “Azərbaycan Respublikası möminləri yaxşı bilirdilər ki, təkcə silah və güclə Qarabağı azad etmək olmaz, bunlardan əlavə, mənəviyyat, islami şüarlar və vəhdət də lazımdır.”

Bəhrülülumi daha sonra deyib: “Bəzi ölkələrin ikinci Qarabağ müharibəsində mənəviyyatı ortadan qaldırmaq üçün səyləri puça çıxdı, əhali və əsgərlər mənəviyyata və islami şüarlara söykənməklə qələbə çaldılar.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button