ArxivSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Azərbaycan Müdafiə Nazirliyi İrana qarşı əsəbi bəyanat yaydı

Əliyevin Müdafiə Nazirliyi sionist rejimin baş naziri, xarici işlər naziri və təhlükəsizlik aparatının rəhbərinin İranla düşmənçiliyin artması ilə bağlı Bakıya son əmrlərinin təsiri ilə əsəbi və tələsik bəyanatla çıxış edib.

Azərbaycan Müdafiə Nazirliyi iddia edib ki, bu ölkə ərazisində hər hansı xarici qüvvələrin olması haqqında İran tərəfinin ittihamı əsassızdır və tamamilə qəbuledilməzdir. Ümumiyyətlə, Azərbaycan ərazisində kənar elementlər mövcud deyildir.

Müdafiə Nazirliyi İran Quru Qoşunlarının komandanı Kiyumərs Heydərinin sionist rejim qüvvələrinin mövcudluğu ilə bağlı xəbərdarlığına cavab olaraq bildirib: “K.Heydəri öz cəfəng fikirlərində Azərbaycanda guya “sionist” qüvvələrin olması və 44 günlük Vətən müharibəsində Azərbaycanın Suriyadan gətirilən İŞİD terroristlərindən istifadə etdiyini və onların hələ də ölkə ərazisində olduğunu iddia edir”.

Bəyanatda təkfirçi muzdluların Azərbaycana gətirildiyi və bunun çirkin böhtan olduğu qeyd edilib. Halbuki müharibə əsnasında təkfirçilərin Türkiyə xəttilə bölgəyə gətirildiyinə dair danılmaz faktlar mövcuddur.

Məzhəkəli bəyanatda həmçinin İran İslam Respublikası terrorda ittiham edilir və deyilir: “44 günlük müharibədə Azərbaycan Respublikasının şanlı ordusu tək qalib gəldi və bu gün heç kimə sirr deyil ki, Ermənistanın dünyada iki əsas müttəfiqi varsa onlardan biri Fransa, ikinci isə İrandır!”

qafqaz.ir/az

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button