ArxivXəbər lentiXəbərlər

Quran-Kərimin rus, gürcü və bəlti dilinə tərcüməsi ilin sonunadək çap ediləcək

Höccətul-İslam vəl-müslimin Nəqdi – “Tərcümane vəhy” (Vəhyin tərcüməsi) müəssisəsinin müdiri, Quran-Kərimin rus, gürcü və bəlti dillərinə tərcüməsinin ilin sonunadək çap ediləcəyi xəbərini verərək dedi: Hədəfimiz bu dillərdə danışan müsəlmanları bu səmavi kitabla daha yaxından tanış etməkdir.

Höccətul-İslam vəl-müslimin Nəqdi – “Tərcümane vəhy” (Vəhyin tərcüməsi) müəssisəsinin müdiri, İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) ilə müsahibəsində Quran-Kərimin ən yeni tərcümələrinin və müdiri olduğu müəssisənin ən yeni nəşrlərinin Beynəlxalq Quran Sərgisində nümayiş ediləcəyi barədə xəbər verərək dedi: Quran-Kərimin “yapon” dilinə tərcüməsi bu müəssisənin ən yeni nəşridir və İran İslam Respublikasında ilin seçilmiş kitabı adına layiq görülüb. Bu tərcümə və “Vəhyin tərcüməsi” jurnalının 35 və 36-cı sayları Beynəlxalq Quran-Kərim sərgisində sərgiyə qoyulacaq.

Höccətul-İslam vəl-müslimin Nəqdi – “Tərcümane vəhy” (Vəhyin tərcüməsi) müəssisəsinin müdiri, Quran-Kərimin rus, gürcü və bəlti (Pakistanda əyalət dili) dillərinə tərcüməsinin ilin sonunadək çap ediləcəyi xəbərini verərək dedi: Bu müəssisə illər öncə işə başlayıb və indiyədək Quran-Kərimi 22 dilə, o cümlədən rus, ingilis, azəri, türk, ispan, çin, yapon, fransız, gürcü və bəlti dillərinə tərcümə etmişdir.

O dedi: Quran-Kərimin rus, gürcü və bəlti dillərinə tərcüməsi son yetmişdir və ilin sonunadək çap ediləcəkdir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button